XƏBƏRLƏR

İndoneziyanın Surabaya Dövlət Universiteti sənəd qəbulu elan edir - ELAN

14 aprel, 2021

 

İndoneziyanın Surabaya Dövlət Universiteti (UNESA) əcnəbilər üçün onlayn İndoneziya dili və mədəniyyəti kursuna sənəd qəbulu elan etmişdir. Kursda iştirak ödənişsizdir və arzu edən hər kəs müraciət edə bilər. Kursu uğurla bitirmiş iştirakçılar serifikat və 4 kredit əldə edəcəkdir.

Dərslər həftənin iki günü ərzində Bakı vaxtı ilə saat 10:00-da onlayn formatda təşkil ediləcəkdir.

Kurs 24 may – 10 iyul tarixlərini əhatə edəcəkdir. Bir dərsin müddəti 90 dəqiqədir. 

Arzu edənlərə aşağıdakı kurslardan birini seçmək fürsəti təklif edilir:

1. Başlanğıc dil səviyyəsi tələbələri üçün şifahi nitq üzrə kurs.

2. Başlanğıc dil səviyyəsi tələbələri üçün yazı üzrə kurs.

3. Orta dil səviyyəsi tələbələri üçün şifahi nitq üzrə kurs.

4. Orta dil səviyyəsi tələbələri üçün yazı üzrə kurs.

5. İndoneziya mədəniyyəti üzrə kurs.

Kursa müraciət etmək üçün son tarix 15 may 2021-ci ildir.

Qeydiyyat və əlavə məlumat üçün aşağıdakı keçidə daxil ola:

http://oia.unesa.ac.id/post/pendaftaran-bipa-unesa-2021

və ya İndoneziya Araşdırmalar Mərkəzinə müraciət edə bilərsiniz:

https://www.facebook.com/cis.aul/?ref=bookmarks 

* * * 

İndoneziyanın Surabaya Dövlət Universiteti onlayn yay kursuna sənəd qəbulu elan edir

Yay kursu çərçivəsində iştirakçılar İndoneziyada elm və təhsil və İndoneziya mədəniyyəti, incəsənəti və idmanı ilə tanış olmaq, Surabaya şəhərinin və Surabaya Dövlət Universitetinin virtual gəzintisinə çıxmaq fürsəti qazanacaqdır. Kursu uğurla bitirmiş iştirakçılar sertifikat və akademik kredit əldə edəcəkdir.

Yay kursu 31 may – 10 iyun 2021-ci il tarixlərini əhatə edəcəkdir.

Kursun tədris dili ingilis dilidir.

Kursda iştirak ödənişsizdir.

Yay kursuna müraciət etmək üçün son tarix 01.05.2021-ci ildir 

Qeydiyyat və əlavə məlumat üçün aşağıdakı keçidə daxil ola:

http://oia.unesa.ac.id/post/unesa-online-summer-course-2021-application?fbclid=IwAR3nAuqIxcas1qC7gn_VPbrdWGldFXqpVLeL-jpHZ6FjGICykUnQkBGsZu8

və ya İndoneziya Araşdırmalar Mərkəzinə müraciət edə bilərsiniz:

https://www.facebook.com/cis.aul/?eid=ARBzfxvw3cTFP2ddc0XIQpXzd3hwL9L_WjFbmWimf0m6FrHs8nYtXbZbt-pV1bsuASkzbmyzq4LmCzUS