XƏBƏRLƏR

“ŞƏHİD MƏKTUBLARI" adlı müsabiqə keçirilir

08 aprel, 2021

Azərbaycan Dillər Universitetinin əziz  tələbələri, magistrantları və əməkdaşları!

Sizləri mənəvi baxımdan olduqca həssas və yaşadığımız sevinc dolu günləri bizlərə bəxş edən şəhidlərimizin ruhuna ehtiramın ifadəsi olan maraqlı bir layihədə iştiraka dəvət edirik. 

Layihə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının təşəbbüsü ilə həyata keçirilir. Layihənin adı “ŞƏHİD MƏKTUBLARI”-dır. Əsas niyyət şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onların müqəddəs ruhlarına ehtiramımızı ifadə etməkdir. Layihə çərçivəsində hər bir iştirakçı adlı və ya adsız bir Şəhidimizin adından hansısa bir şəxsə və ya ünvana məktub yazacaq. Məktublar münsiflər tərəfindən dəyərləndiriləcək və qaliblər mükafatlandırılacaq. 

Layihədə iştirak etmək istəyən hər kəsi aşağıdakı WhatsApp qrupuna qoşulmağa dəvət edirik. 

https://chat.whatsapp.com/JU4zjmlLTX44Ic6Ha5PmWH 

Son qoşulma tarixi 13.04.2021-ci il.

Əlavə məlumat qoşulma tarixi bitdikdən sonra qrupda paylaşılacaq.
Şəhidlərimizin ruhuna böyük ehtiramla!
ADU üzrə YAP ilk ərazi təşkilatı və ADU YAP Gənclər Birliyi

Əlaqə nömrəsi: 0555432104