XƏBƏRLƏR

Müsabiqə

24 aprel, 2020

"Prix Jeunes Écritures"

Artiıq iki ildir ki, Frankofoniya Universitet Agentliyi, RFİ (Radio France Internationale) beynəlxalq radiosu ilə birgə əməkdaşlıq çərçivəsində  "Prix des jeunes écritures (Gənc Yazarlar mükafatı) adlı müsabiqə elan edir. Hazırkı sanitar vəziyyətdən aslı olmayaraq,  RFI və AUF bu müsabiqəni məsafəli şəkildə uzaqdan dəstəkləyir və   18-29 yaş arası bütün gənc fransızdilli tələbələri müsabiqədə istirak etməyə dəvət edir.
        Müsabiqənin  şərtlərinə görə:
 Müsabiqədə iştirak etmək istəyən hər kəs maximum 8000  sözdən ibarət (ara məsafələr daxil olmaqla) öz qısa hekayəsini yaratmalıdır;
- hər bir iştirakçının yalnız bir bədii hekayə ilə müsabiqədə iştirak etmək hüququ var;
- hər bir iştirakçının hekayəsi aşağıda qeyd edilən başlıq altında başlamalıdır:
« Suis-je dans le noir ou ai-je les yeux fermés ? Peut-être les deux. » - «Zülmətdəyəmmi yoxsa gözlərimmi bağlı, bəlkə də hər ikisi… ? » ;

- müsabiqənin qalibi onlayn oxucuların səs verməsi və peşəkar münsiflər heyyətinin rəyi ilə müəyyən olunacaq;
-  iştirakçıların bədii hekayələri 17 may 2020-ci il tarixinə kimi  www.short-edition.com  saytında yerleşdirilməlidir və bütün iştirakçıların online qeydiyyatdan keçmələri mütləqdir;

- aprelin 20-dən iyunun 29-a kimi gənc frankofonlar bəyəndikləri hekayələri dəstəkləmək üçün onlayn şəkildə səs verə bilərlər;
- ən nəhayət, müsabiqənin qalibi bir həftəlik mədəni və bədii təcrübələrlə dolu səyahət qazanacaq.

Müsabiqədə iştirak, qeydiyyatla bağlı digər ətraflı məlumatlar əldə etmək üçün aşağıdakı linkə daxil olmağınız xahiş olunur:
https://short-edition.com/fr/prix/jeunes-ecritures-2020