XƏBƏRLƏR

ADU rektorunun 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbriki

07 mart, 2021

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbriki

 

Bu gün ölkəmizdə həyata keçirilən təhsil islahatlarına görə ön sıralarda gedən müxtəlif sahələr və beynəlxalq münasibətlər sahəsində peşəkar mütəxəssislər hazırlayan təhsil müəssələrindən biri olan Azərbaycan Dillər Universitetində  çalışan  əməkdaşların 85 %-ni  xanımlar təşkil edir. Universitetimizdə xanımlarımız  rəhbər  vəzifələrdə  çalışır, elmi  tədqiqatlarla  məşğul  olur, pedaqoji  fəaliyyət  göstərir, inzibati xidmətedici sahələrdə  çalışır  və  nəticə  etibarı  ilə  elmin və təhsilin inkişafına öz  dəyərli  töhfələrini  verir. Bu  sahələrdə  yüksək  nailiyyətlər qazanan heyətimizin böyük əksəriyyətini təşkil edən xanım müəllimlərimizin ölkəmizin ötən ilin əvvəlindən qarşılaşdığı koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərinin davam etdirilməsi məqsədiylə elan edilmiş xüsusi karantin dövründə universitet tələbələrinə onlayın dərslərin keçirilməsində əməyi xüsusi vurğulanmalıdır.  

Böyük səbr tələb edən onlayn dərslərin müvəffəqiyyətlə aparılması müəllimələrimizin öz sənətinə  və peşəsinə  sevgi  ilə  yanaşmasının  bariz  nümunəsidir.          

Həmçinin  44 gün sürən İkinci Qarabağ Müharibəsində - Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi uğrunda  mübarizəsində fədakar xanım müəllimlərimizin qəhrəman övladlarımızın yetişdirilməsində  də rolu danılmazdır.                               

 Əziz xanımlar !

İlk növbədə hər birinizi öz  adımdan və qadın əməyini daim uca tutan ADU-nun kollektivi  adından bu  gözəl  bayram 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can-sağlığı, ailə səadəti diləyir,  elmi-pedaqoji   və  elmi-təşkilati  fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram!

 

Heç  şübhəsiz  ki,  Siz  ən  xoş  sözlərə  layiqsiniz.

Uzun illərdir  ADU-da   çalışan  xanımlar  müxtəlif  sahələrdə   uğurla   fəaliyyət  göstərir.  Bu  uğurun  təməlində   Sizin  əzmkarlığınız   və  qətiyyətiniz   durur.

 Siz  öz  varlığınız  və  gördüyünüz  işlərlə  Universitetin  fəaliyyətini   və  həyatımızı  gözəlləşdirirsiniz.