XƏBƏRLƏR

“Şuşada ictimai və ədəbi mühit “ - dəyirmi masa

04 mart, 2021

ADU–nun Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsi və Azərbaycanşünaslıq ETL “Şuşada ictimai və ədəbi mühit “ adlı dəyirmi masa keçirib.

Tədbiri giriş sözü ilə açan Regionşünaslıq kafedrasının müdiri dos.Sevdagül Əliyeva XIX əsrin ikinci yarısında Şuşada fəaliyyət göstərən “Məclisi-üns” və “ Məclisi-Fəramuşan” ədəbi məclislərinin yaranması və fəaliyyəti haqqında məlumat verib. O bu məclislərin fəaliyyətinin çoxyönümlü olmasını vurğulayıb.

Dəyirmi masada Regionşünaslıq kafedrasının müəllimləri Xəyalə Ağayeva “Məclisi –üns” və “Məclisi Fərəmuşan” məclislərinin ədəbi fəaliyyəti”, Aygün Soltanzadə “Şuşa ədəbi məclislərində ictimai-siyasi fikirlər”, PhD Gülnar Hacıyeva “Şuşa ədəbi məclislərinin məktəb və dərsliklər sahəsində fəaliyyəti”, dos. Nigar Hüseynova “Şuşa ədəbi məclislərində musiqinin inkışafı məsələləri” və ADU-nun Azərbaycanşünaslıq ETL- nin elmi işçisi Soltan İmaməliyev “Məclisi –üns” və “Məclisi-Fəramuşan” məclislərinin elm, təhsil və mədəniyyətin inkişafında rolu” – mövzusunda çıxış ediblər.