XƏBƏRLƏR

DƏYİŞdirDİM layihəsi çərçivəsində vebinarlar silsiləsinin birincisi keçirilib

01 mart, 2021

Azərbaycan Dillər Universitetində DƏYİŞdirDİM sosial layihəsi çərçivəsində vebinarlar silsiləsinin birincisi keçirilib.

Vebinarın giriş hissəsində Pedaqogika kafedrasının müdiri dosent Nigar Zeynalova, Təhsil-2 fakültəsinin dekanı dosent Salman Nuriyev, Pedaqogika kafedrasının dossenti Vidadi Bəşirov çıxış ediblər.

Onlar layihə haqqında öz fikirlərini paylaşıb və tələbələrə öz dəyərli məsləhətlərini bildiriblər. Sonra Pedaqogika kafedrasının müəllimi Abdulxaliq Məmmədli tələbələrə sosial təşəbbüskarlığın əhəmiyyətindən bəhs edib.

İkinci hissədə isə tədbirin məruzəçisi, Sənaye Dizaynı sahəsində ekspert Elnur Babayev tələbələrə dizaynın cəmiyyətdə rolundan və sosial afişaların insanların düşüncə tərzini necə dəyişdiyindən bəhs edib.

Tədbir çərçivəsində layihənin ikinci vebinarı növbəti həftə keçiriləcək.