XƏBƏRLƏR

İslam İnkişaf Bankı və Campus Frans Agentliyinin təqaüdləri üçün müraciətlər açıq elan olunur

01 mart, 2021

İİB-Fransa (İslam İnkişaf Bankı və Campus Frans Agentliyi) təqaüdlərinin alınması üçün müraciətlər açıq elan olunur.

Avropa və Xarici İşlər Nazirliyi və İslam İnkişaf Bankı, Campus Fransın idarəçiliyi ilə 42 müxtəlif ölkənin Fransada ali təhsil almaq istəyən tələbələri üçün il ərzində 200 yerlik mükəmməl akademik nəticələr əsasında təqaüd proqramı irəli sürür.

İİB-Fransa təqaüd proqramının əsas məqsədi, İİB-nın üzv ölkələrinin (Azərbaycan üzvdür) akademik səviyyələri mükəmməl olan yerli tələbələrinin Fransada ali təhsillərini davam etdirmələrini təmin etməkdir. Bu elan 2021-2022-ci tədris ilində fransız ali təhsil müəssisəsində bakalavrın sonuncu, yəni, III kursuna və ya magistraturaya qeydiyyatdan keçmiş tələbələrə ünvanlanır. 2020-ci ildə bu proqramdan yararlanaraq 57 tələbə Fransaya yola düşmüşdür.

- Bakalavr dərəcəsi üçün təklif olunan təhsil sahələri :

Həyat və tibb elmləri, Ekologiya elmləri, Təhsil, Mühəndislik, Kənd təsərrüfatı, İnformatika və informasiya texnologiyaları, Fundamental elmlər, iqtisadiyyat, maliyyə və bank, Sosial elmlər.

- Magistratura dərəcəsi üçün təklif olunan təhsil sahələri :

Kənd təsərrüfatının davamlı inkişafı, Təhsil, Davamlı inkişafda təhsil, İqlim dəyişkənliyi, Enerji, Davamlı inkişafda olan şəhərlər, İqtisadi, sosial və ekoloji məsuliyyətli artım, Tullantıların idarə olunması, Demoqrafik artım, Ekoloji/yaşıl kimya, Biomüxtəliflik, Plastika və mikroplastikalara görə çirklənmə, Su və gigiyena, Sağlamlıq, İnkişaf üçün İKT, İnfrastrukturların innovasiya və inkişafı, İqtisadiyyat, maliyyə və islam bankı, İnkişafla bağlı sosial elmlər.

İİB-Fransa təqaüdünün üzərinə düşən öhdəliklər :

- Fransa dövlət təqaüdçüsü statusu: viza rüsumunun ödənişsiz olması, Tədqiqat və İnnovasiyalar üzrə Ali Təhsil Nazirliyinin idarəçiliyi altında olan müəssisələrdə qeydiyyat ödənişlərindən azad olunma, yaşayış yeri tapmaqda yardım, tibbi sığorta, mədəni məşğuliyyət və s.

- Ekonom klass təyyarə bileti

- 700€ aylıq təqaüd (www.isdb.org saytından təqaüd şərtlərinə baxmaq – bəzi hallarda təqaüd qazanan tərəfindən bu təqaüd ödənişinin qaytarılacağı halı olduğu üçün diqqətlə yoxlayın)

Müraciət qaydaları :

- Şəkilli CV (1 səhifə)

- Təqaüd qazanmaq üçün motivasiyanızı izah edən niyyət məktubu (1 səhifə)

- Tələbənin Fransada müraciət etdiyi ixtisasların tam siyahısı

- Fransız dilində təhsil üçün beynəlxalq fransız dili sertifikatı (DELF və ya TCF B2, minimu B1) və/və ya ingilis dilində təhsil üçün ingilis dili sertifikatı (IELTS, TOEFL, B2)

Müraciət sənədləri 31 mart 2021-ci il tarixindən əvvəl aşağıdakı elektron ünvana: [email protected]  göndərilməlidir.

Fransız dili və mədəniyyəti mərkəzinin elanı