“Türk dillərinin və ədəbiyyatının tədqiqi və tədrisinin aktual problemləri” - ELAN
Hörmətli həmkarlar !
20-21 may 2021–ci il tarixlərində Sumqayıt Dövlət Universiteti və Hacettepe Universitetinin (Türkiyə) birgə təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 95-illik yubileyinə həsr edilmiş “Türk dillərinin və ədəbiyyatının tədqiqi və tədrisinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Konfransın bölmələri:
Birinci Türkoloji qurultay – türk xalqlarının inteqrasiyasında yeni mərhələ kimi
Türk dillərinin tədqiqinin aktual məsələləri
Türk xalqları ədəbiyyatının tədqiqinin aktual məsələləri
Türk dillərinin və ədəbiyyatının tədqisi metodikasının aktual məsələləri
Qloballaşma şəraitində dillərin qarşılıqlı əlaqələri və interferensiya problemləri
Nəzəri və tətbiqi dilçiliyin müasir məsələləri
Türk xalqlarının tarixi, etnogenezi və etnoqrafiyasının aktual problemləri
Konfransın işçi dilləri: Azərbaycan, türk, rus, ingilis
Konfransın formatı: əyani və ya onlayn (əlavə olaraq məlumat veriləcəkdir)
Konfrans materiallarının tərtibinə qoyulan tələblər
Kağızın ölçüsü – A4
Boş sahə – hər tərəfdən 2 sm
Şrift - Times New Roman
Şrift ölçüsü - 12 pt
Sətirarası interval - 1,15 sm
Abzas - 1,25 sm
Məqalənin adı - ortadan, böyük hərflərlə, qalın şriftlə
Müəllifin adı, soyadı, atasının adı - ortadan, qalın şriflə
İş yeri,şəhər,ölkə və e-poçt ünvanı – ortadan, kursiv
Açar sözlər - Xülasə 5-7 söz (söz birləşməsi)
60-80 söz
Həcmi
Ədəbiyyat siyahısı– 5 səhifəyə qədər əlifba sırası ilə
Konfransın materialları Antiplagiat sistemində yoxlanıldıqdan sonra “SDU.Konfrans
materialları” toplusunda çap olunaraq, https://www.ssu-conferenceproceedings.edu.az
https://www.sdu.edu.az saytlarında və eLibrary.ru məlumat bazasında yerləşdiriləcəkdir
(Beynəlxalq seriya nömrələri İSSN: 2708-955X print, İSSN: 2709-6033 on-line).
Materiallar 01 aprel 2021–ci il tarixinədək [email protected] elektron poçtuna göndərilməklə qəbul olunur: AZ5008, Sumqayıt şəh., 16-cı məhəllə, Sumqayıt Dövlət Universiteti (III tədris binası), Filologiya fakültəsi, Azərbaycan dili və onun tədrisi metodikası kafedrası.
Bir müəllifdən yalnız bir tezis və ya bir məqalə qəbul edilir.
Əlaqələndirici şəxs – dos. Eminli Böyükxanım İbrahim qızı
Əlaqə telefonu: (+994) 55 276 02 34