XƏBƏRLƏR

İspaniyalı mütəxəssislərlə görüş keçirilib

22 fevral, 2021

İspan dili mərkəzinin təşkilatçılığı ilə İspaniyanın Nebrixa Universitetinin İspanşünaslıq mərkəzinin direktoru Pilar Alkover Santos və Nebrixa Universitetninin İspanşünaslıq mərkəzinin onlayn proqramlar üzrə direktoru Xavier Diaz ilə ADU-nun  ispan dilli tələbə və müəllim heyəti arasında görüş keçirilib. 

 

Görüşdə  tələbələr  onlayn təşkil olunan proqramların mövzuları ilə yaxından tanış olublar. Həmçinin Nebrixa Universitetində təhsil sistemi haqqında da məlumat verilib.

Sonda müəllimlərin və tələbələrin sualları cavablandırılıb.