XƏBƏRLƏR

Frankofoniya Universitet Agentliyi təcrübə proqramı elan edir

27 yanvar, 2021

Fransızdilli ölkələrdə peşəkar təcrübə proqramı – 2021

IV kurs bakalavr və II kurs magistr pilləsi üzrə təhsil alan fransızdilli tələbələrin nəzərinə!

Mərkəzi və Şərqi Avropa üzrə Frankofoniya Universitet Agentliyi (FUA) 1-3 aylıq (ADU tələbələrinin pedaqoji təcrübədə olduğu müddət, əsasən, aprel-may ayları nəzərdə tutulur) fransızdilli ölkələrin birində təqaüdlə peşəkar təcrübə proqramı elan edir.

Təqaüd proqramında Azərbaycan Dillər Universitetinin dil səviyyələri B1-dən aşağı olmayan və semestr qiymətləri «yaxşı» və «əla» olan , fransızdilli ixtisaslarda təhsil alan və pedaqoji təcrübədə olan 4-cü kurs bakalavr və 2-ci kurs magistr tələbələri iştirak edə bilərlər. İştirakçılar proqramın qeydiyyat şərtlərinə uyğun olaraq əvvəlcə təcrübə keçəcəkləri yeri özləri tapdıqdan sonra təqüd üçün müraciət edə bilərlər. Təcrübə proqramı müddətində nəqliyyat, tibbi sığorta və digər aylıq ödənişlər FUA (AUF) tərəfindən ödənilir.

Qeydiyyat üçün son tarix: 22 mart 2021-ci il. Proqramla və online qeydiyyatla bağlı ətraflı məlumat əldə etmək istəyən tələbələr aşağıda göstərilən linkə daxil ola bilərlər:

https://www.auf.org/.../appel-regional-candidatures.../...