XƏBƏRLƏR

"İmtahanda həyəcanlı idik, amma ümumi qrup üçün çox yaxşı keçdi"- Tələbə təəssüratları

12 yanvar, 2021

Azərbaycan Dillər Universitetində 2020-2021-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası rektor, akademik Kamal Abdullanın müvafiq əmri ilə 11.01.2021-ci ildən 08.02.2021-ci il tarixlərində keçirilir.

İmtahanlar 3 növbədə səhər saat 10:00-dan 18:00-ə qədər distant şəkildə keçirilir.

Gün ərzində hər 3 növbədə təxminən 1500-ə yaxın tələbə onlayn imtahan verir.

Yanvarın 11-nə olan statistik nəticələrə görə, hər üç növbədə təşkil olunan imtahanlarda 1482 tələbə onlayn imtahan vermiş, kəsilən tələbə olmamışdır. Ən yüksək bal toplayan tələbənin imtahan nəticəsi 100 bal, ən aşağı bal toplayan tələbənin imtahan nəticəsi isə 53 bal olaraq qeyd olunub.

Tələbələrin imtahanla bağlı təəssüratlarını təqdim edirik:

Rüstəmli Nazilə: İlk imtahanım öyrənilən əsas dil - Alman dilindən oldu və olduqca asan idi, rahat keçdi.

Nuriyev Rəşad: İmtahan çox yaxşı keçdi. 48 bal yığdım. İkisi birlikdə isə 91 bal.

Mehrəlizadə İradə: Ümumi 93 bal topladım. Giriş balım qismən az olduğu üçün. Amma imtahanda müəllim güzəşt də etdi. Qiymətimizdən razıyıq.

Rzazadə Zəhra: İmtahan çox yaxşı keçdi. Müəllim tələbələri başa düşdü və yaxşı qiymətlərlə qiymətləndirdi. Mən özüm 49/50 topladım.

Qurbanova Gülzar: İmtahan yaxşı, hətta super keçdi. Ümumi 99 balım oldu.

Əliyeva Lamiyə: Əla keçdi imtahan. Balım 45 idi. Ümumilikdə 91 bal oldu.

Pirimova Aynur: İlk imtahanım “Eşitmə-tələffüz” fənnindən oldu və asan idi. Çox rahat keçdi. İmtahan balım isə 45 bal oldu.

Həsənova Rahidə: İlk imtahan tarix idi. Bir az həyəcan var idi, amma ümumi qrup üçün çox yaxşı keçdi. Çoxumuz “A” aldıq. Həmçinin mən də.