XƏBƏRLƏR

Payız semestrinin qış imtahan sessiyası başlayıb

12 yanvar, 2021

Azərbaycan Dillər Universitetində 2020-2021-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası rektor, akademik Kamal Abdullanın müvafiq əmri ilə 11.01.2021-ci ildən 08.02.2021-ci il tarixlərində keçiriləcək.

İmtahanlar 3 növbədə səhər saat 10:00-dan 18:00-ə qədər distant şəkildə keçirilir.

Gün ərzində hər 3 növbədə təxminən 1500-ə yaxın tələbə onlayn imtahan verir.

Yanvarın 11-nə olan statistik nəticələrə görə, hər üç növbədə təşkil olunan imtahanlarda 1482 tələbə onlayn imtahan vermiş, kəsilən tələbə olmamışdır. Ən yüksək bal toplayan tələbənin imtahan nəticəsi 100 bal, ən aşağı bal toplayan tələbənin imtahan nəticəsi isə 53 bal olaraq qeyd olunub.

Bütün tələbələrimizə imtahanlarda uğurlar arzu edirik.