XƏBƏRLƏR

İtaliyanın tanınmış jurnalisti Nizami Gəncəvi haqqında məqalə yazıb

11 yanvar, 2021

İtaliyanın tanınmış jurnalisti, Eurasiatica News portalının icraçı direktoru, beynəlxalq münasibətlər üzrə mütəxəssis Karlo Marinon dahi şair Nizami Gəncəvi haqqında məqalə yazıb. Müəllif öz yazısında qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci ilin milli kimliyin simvolu olan şair Nizami Gəncəviyə həsr edilməsi haqqında Sərəncam imzalayıb.

“Nə xoş bir təsadüf ki, 2021-ci il İtaliyada da böyük şair, italyan dilinin atası hesab edilən Dante Alighierinin vəfatının  yeddi yüz illiyi  qeyd ediləcək. İki ölkə, iki böyük şairi yad edəcək. Nizami Gəncəvi təkcə öz dövrünün deyil, demək olar ki, bütün  əsrlərin də ən böyük şair və mütəfəkkirlərindən biridir. Böyük italyan tərcüməçi Alessandro Bausaninin qeyd etdiyi kimi Nizami Gəncəvi söz sənətkarı idi. Nizami Gəncəvi üç dildə (türk, ərəb və fars) yazaraq eyni zamanda  türk və fars dillərində "Divan" yazaraq şöhrət qazanmışdır. Bütün yaradıcılığı boyunca Nizami epik əsərlərində “Divan”ını xatırlatmış, lirik şeirləri və qəzəlləri ilə fəxr etmişdir. Nizami yaradıcılığı təkcə Azərbaycan dilində deyil, həm də Osmanlı Divan şeiri ənənəsinin inkişafında mühüm bir mərhələdir. Ölümündən sonra da Nizaminin yaradıcılığı bir çox şairə böyük təsir göstərməyə davam etmişdir”.

Müəllif daha sonra bildirib ki, Azərbaycan Respublikasında Nizami ehtiram göstərilən dahi şairlərdən biridir  və paytaxt Bakının rayonlarından biri onun adını daşıyır:

“Parisdə, YUNESKO-nun mənzil-qərargahında, 2017-ci ilin mayında, böyük şairin vəfatının altı yüz illiyinə həsr olunmuş anım mərasimi keçirilib. Həmçinin Romada Valle Giuliada, Villa Borghese parkında şair Nizami Gəncəvinin heykəli, yerləşir”.