XƏBƏRLƏR

Argentinanın ölkəmizdəki səfiri ADU-nun rektoruna təşəkkür məktubu ünvanlayıb

10 yanvar, 2021

Argentinanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serxio Perez Qunella Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullaya təşəkkür məktubu göndərib. Həmin məktubu təqdim edirik.

“Hörmətli cənab rektor!

Regionşünaslıq fakültəsinin Argentinaşünaslıq ixtisası üzrə olan virtual dərslərdə iştirak etmə fürsətini mənə və işçi heyətimə verdiyinizə görə sizə əməkdaşlığınız üçün dərin minnətdarlığımı bildirirəm.

Eyni zamanda, dərslərin hazırlıq və təşkilat işlərində müəllimlər – Günel Rzayeva və Nigar Əsgərovanın, həmçinin bu təşəbbüsü koordinasiya edən regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyevanın göstərdikləri peşəkarlıq və əzmi diqqətinizə çatdırmaq istərdim.

“Argentinanın mədəniyyət və incəsənəti”, “Argentinada gender” fənlərinin dərslərində iştirakı seçməyimiz çox mühüm idi və bizə yalnız mövcud məlumatları deyil, həm də qavrayış və təcrübəmizi ötürmək imkanı verdi.

Başçılıq etdiyiniz heyətlə bu il də işləməyə davam etmək bizim üçün böyük zövq olardı”.