XƏBƏRLƏR

“Mövlananın fəlsəfəsi və poeziyası” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək - ELAN

07 yanvar, 2021

Hörmətli həmkarlar,

12 mart 2021-ci il tarixində Xəzər Universiteti və Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə “Mövlananın fəlsəfəsi və poeziyası” mövzusunda Beynəlxalq Konfrans keçiriləcəkdir.  

Konfransın mövzuları:

•Mövlana və Azərbaycan ədəbiyyatı;

•Mövlana yaradıcılığında eşq fəlsəfəsi;

•Qərb ədəbiyyatşünaslığında Mövlana irsinin tədqiqi məsələləri;

•Müasir incəsənətdə və ədəbiyyatda Mövlana obrazı.

Qeyd:  Mövcud vəziyyətlə əlaqədar olaraq  tezislərin təqdim tarixi 2021-ci ilin yanvar ayının sonuna qədər uzadılmışdır.

Əlaqə telefonu: WhatsApp +994 050 9790104

E-mail: [email protected]

Konfrans haqqında ətraflı məlumat üçün:

http://mefam2021.khazar.org/

http://mefam2021.khazar.org/submission/