XƏBƏRLƏR

ADU və Dokuz Eylül Universitetinin əməkdaşlığına həsr olunan vebinar keçiriləcək - ELAN

06 yanvar, 2021

Hörmətli professor-müəllim heyəti!

2019-cu ildə ADU ilə Dokuz Eylül Universiteti arasında əməkdaşlıq protokolu imzalanmışdır.

Universitetlərarası əməkdaşlığın inkişaf etdirilməsi, tələbə və akademik heyət arasında mübadilə proqramlarının tətbiq olunması, elmi tədqiqat layihələrinin həyata keçirilməsi istiqamətində əməkdaşlıq imkanlarının araşdırılması, tərəflər arasında qarşılıqlı bilik və təcrübə mübadiləsinin inkişaf etdirilməsi məqsədilə vebinarların keçirilməsi nəzərdə tutulub.

Sizləri 08.01.21 tarixində baş tutacaq (ÖDƏNİŞSİZ) online vebinara dəvət edirik!

Mövzu: Xarici dilin tədrisi

Təqdimatçılar:

Səhər növbəsi (11:00 - 12:45)

Özlem AKTAŞ (DEU SFL) ‘’Adapting Creative Drama Techniques to Online Teaching’’

Zarema IBRAHIMOVA (ADU) ‘’Vocabulary Development in Online Classroom’’

Günorta növbəsi(14:00 - 15:30)

Dinara MUXTAROVA (ADU) ‘’Strategies to Increase Student Motivation Online’’

Murat ATA (DEU SFL) ‘’Process Writing and Its Effects on Students Performances’’

Vebinar ZOOM proqramı vasitəsi ilə keçiriləcək.

Vebinarda iştirak etmək istəyən əməkdaşlar   [email protected] electron poçt ünvanına link üçün müraciə edə bilərlər.