XƏBƏRLƏR

“Azərbaycan diaspora təşkilatları Vətən müharibəsi dövründə” - onlayn dəyirmi masa

28 dekabr, 2020

27 dekabr 2020-ci il tarixində  ADU-nun Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsi Dünya Azərbaycanlılarıının Həmrəylik günü ərəfəsində “Azərbaycan Diaspora təşkilatları və Vətən Müharibəsi”  mövzusunda onlayn dəyirmi masa keçirdi.

 

ADU –nun Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsi 2020-ci il, dekabrin 27 –da   saat   21:00 - da   Micrisoft Teams platformasında, Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində, “Azərbaycan Diaspora təşkilatları Vətən müharibəsi dövründə” adlı   onlayn  dəyirmi masa təşkil etdi. Tədbirdə ADU-nun rəhbərliyi, dekanlar, mərkəz rəhbərləri, kafedra müdirləri, müəllimlər və tələbələr iştirak etdilər.Tedbir Disaporla iş üzrə Dövlət Komitəsinin himni ilə başlandı.Tədbirin moderatoru, Regionşünaslıq kafedrasının müdiri dos.S.Əliyeva  dünyada yaşayan azərbaycanlıların sayı və yaşadıqları ölkələr, azərbaycanlıların dünyaya yayılması dövrləri haqqında qısa məlumat verdi. O, müsəqil Azərbaycanın memarı, Ulu öndər, Ümummili lider Heydər Əliyev xaricdə yaşayan azərbaycanlıların öz dövləti və xalqı ilə  sıx əlaqələrinin olması, onların təşkilatlanmsı üçün irəli sürdüyü təkliflərdən danışdı. S.Əliyeva bidirdi ki, Vətən müharibəsi dövründə Azərbaycan Diasporları da xalq və ordu ilə həmrəy olaraq, Azərbyacan həqiqətlərini və etirazlarıının dünya dövlətlərinin və ictimaiyyətinin qiqqətinə çatdırdılar.

  Diasporla iş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdir müavini Leyla xanım Həmzəyeva, Disporla iş üzrə Dövlət Komitəsinin yaranması, fəaliyyəti və xüsusi ilə, Vətən Müharibəsi dövründəki fəallığından danışdı. L.Həmzəyeva dünyada yaşayan azərbaycanlıların  fəaliyyətinin istiqamətləndirilməsində, onlarla əlaqənin təşkilində Komitənin aparıcı rol oynadığını bildirdi.

          Norveçdə yaşayan azərbaycanlıların “CAN Azərbaycan” təşkilatının sədri Şərvin Nəcəfpur təşkilatın yaranması və Norveçdəki lobbiçilik fəaliyyətindən, mədəni tədbirlərdən, Vətən müharibəsi döründə keçirilən görüş və nümayişlərdən danışdı.        

         Budapeştdən birbaşa bağlantı ilə qoşulan Azərbaycan-Macarıstan Gənclər Birliyininin nümayəndəsi Abdulla Məmmədli  azərbaycanlı gənclərin Vətən Müharibəsi dövründə çox fəal olduqlarını, birliyin ətrafında daha da sıx birləşərək, mitinqlər və küçə yürüşləri keçirdiklərini, yerli məbuat orqanlarına Azərbaycanın haq işi barədə gerçəklikləri çatdırdıqlarından danışdı.

“Britaniya-Azərbaycan Cəmiyyətinin” təsisçisi Fəridə Pənahova Böyük Britaniyada yaşayan soydaşlarımızın təhsil ocaqlarında, mətbuatda, kütləvi informasiya vasitələrində, ümumiyyətlə cəmiyyət çox fəal olduqları haqqında məlumat verdi. Fəridə xanım qeyd etdı ki 2020-ci il iyul hadisələrindən sonra  və  Vətən Müharibəsi dövründə etiraz aksiyaları və çıxışlar daha da fəallaşdı. Britaniyada yaşayan soydaşlarımız Britaniya hökümətinə, digər ölkələrin səfirliklərinə məktublarla müraciət etmiş, Azərbaycan gerçəkliklərini çatdırmağa çalışmışlar.

      Türkiyənin Eskişəhər Azərbaycanlıları dərnəyinin nümayəndəsi   Səxavət Dadaşov Vətən Müharibəsi dövründə orda yaşayan soydaşlarımızın hər birinin ürəyinin Azərbaycanla bir vurduğunu bildirdi  və  Eskişəhər Azərbaycanlılar dərnəyinin TV verlişi və mətbuatdakı  fəalliğindan danışdı.

          Tədbirdə Milli Məclisin Deputatı Ceyhun Məmmədov da iştirak etdi. Ceyhun müəllim qeyd etdi ki, biz Diasporla iş sahəsində artıq yeni bir dövrə qədəm qoyuruq, bundan sonra xaricdə yaşayan soydaşlarımızın elm, mədəniyyət və karyera sahəsində daha da böyük uğurlar qazanması onların Azərbyacan üçün daha böyük işlər görməsinə şərait yaradacaq. Müharibədə qalib gəldik, amma qonşu dövlət hər zaman təxribat edə bilər, ona görə də biz müharibə dönəmindəki birliyimizi daha da mohkəmləndirməliyik.

İştirakçilardan Londondan qoşulan  Heydərova Səbinə Vətən Müharibəsi dövrünün xaricdə yaşayan azərbaycanlılar üçün də həyacanlı məsuliyyətli bir dövr olduğunu bildirdi.

          Tədbirdə Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakülttəsinin  dekanı  dos.İbrahim Kazımbəyli də çıxış etdi. İbrahim müəllim çıxış edən qonaqlara dərin təşəkkürünü bildirdi. İ.Kazımbəyli qeyd etdi ki,  Vətən Müharibəsi dövründə Azərbaycanda baş verən hadisələrin dünya ictimaiyyətinin diqqətinə bilavasitə əyani çatdırılması üçün diasporlar əvəzsiz bir qəhrəmanlıq göstərmişlər.

          Dəyirmi masanın gedişində  “Diaspor təşkilatlarının fəaliyyətiinin dönüş nöqtəsi”, “Disporla iş üzrə Dövlət Komitəsinin yaranmasi və strukturu haqqında”  və  ““Diaspor marşı” adlı slaydların nümayişi də həyata keçirildi.