XƏBƏRLƏR

ADU-nun dosenti Vahid Ərəbov dünyasını dəyişib

17 dekabr, 2020

Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində İngilis dilinin leksikologiyası  və üslubiyyatı kafedrasının əməkdaşı, dosent Vahid Ərəbov dekabrın 17-də 75 yaşında  dünyasını dəyişib. Ömrünün 50 ildən çoxunu universitetə, təhsilə, elmə həsr etmiş dəyərli insanın vəfatı tək doğmalarını deyil, bütün universitet kollektivini dərindən kədərləndirib.

Şərəfli, təmiz, dürüst ömür yolu keçmiş hörmətli pedaqoq Vahid müəllim,  tələbə və müəllim kollektivinin dərin sevgisini qazanmış, elmi-pedaqoji fəaliyyəti və humanizmi ilə ürəklərdə özünə yer tapmışdır. Dosent Vahid Ərəbov çoxlu sayda elmi əsərlərin, məqalələrin, dərslik və dərs vəsaitlərinin müəllifidir.

Azərbaycan Dillər Universitetinin rəhbərliyi, professor-müəllim heyəti dəyərli alimin vəfatını universitet üçün böyük itki hesab edir, ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verir.

Vahid müəllimin əbədi xatirəsi onunla uzun illər çiyin-çiyinə çalışan kafedra əməkdaşları ilə yanaşı, bütün universitet əməkdaşlarının qəlbində əbədi yaşayacaqdır!

Allah gözəl insana, dəyərli pedaqoqa rəhmət eləsin!