XƏBƏRLƏR

Azərbaycan Dillər Universitetində Elmi Şuranın növbəti onlayn iclası keçirilib

16 dekabr, 2020

Azərbaycan Dillər Universitetində (ADU) Elmi Şuranın növbəti onlayn iclası keçirilib. Universitetin rektoru, akademik Kamal Abdulla 2020-2021-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasının keçirilməsi haqqında müvafiq göstərişlər verib. Rektor bildirib ki, imtahan prosesi maksimum dərəcədə həssas təşkil olunmalı, tələbələr onlardan asılı olmayan səbəblərə görə problemlərlə üz-üzə qalmamalıdır: “Biz tələbələrin obyektiv və subyektiv ehtiyaclarını nəzərə almalıyıq. Cəbhə bölgəsində yaşayan, ailəsində şəhid olan tələbələrimiz var. Ona görə də indiki halda tələb ondan ibarətdir ki, üz-üzə qaldığımız reallıqlara və məqamlara görə tələbələrin problemləri həll edilsin. İnanıram ki, tələbələr də yaranmış vəziyyətdən sui-istifadə etməyəcəklər. Post-pandemiya dövründə hər şey yaxşı olacaq, tədris əvvəlki vəziyyətinə qayıdacaq və bütün çatışmazlıqlar aradan qaldırılacaq”.

Rektor Qarabağ həqiqətlərinin, erməni təxribatlarının dünyaya çatdırılması istiqamətində ADU-da yaradılan Qərargahın işinə də toxunub. Bildirib ki, Qərargah qısa müddət ərzində dünya ölkələrinin müxtəlif strukturlarına dörd minə yaxın məktub göndərib: “Hesab edirəm ki, biz bu istiqaməti, bu xətti davam etdirməliyik. Düşmən tərəfindən təxribatlar müxtəlif istiqamətdə davam edir. Düşmənin yalanları yenə də Avropa sərhədlərini aşa bilir, dünya ictimaiyyətini çaşdırır. Ona görə də biz öz imkanlarımızdan istifadə edərək, reallığa uyğun olaraq informasiya cəbhəsində ayıq-sayıq olmalıyıq.”

Daha sonra Tədris məsələləri üzrə prorektor Sevinc Zeynalova, Elmi işlər üzrə prorektor Novruz Məmmədov müvafiq sahələr üzrə mövcud vəziyyət haqqında məlumat veriblər.

2020-2021-ci tədris ilinin qış imtahan sessiyasına hazırlıq haqqında danışan tədris şöbəsinin müdiri Şəfəq Şahməmmədova bildirib ki, Payız semestrinin qış imtаhаn sеssiyаsının 05.01.2021-ci ildən - 12.02.2021-ci ilədək təşkil olunması nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” 2020-ci 29 avqust tarixli 312 nömrəli və “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın  təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarlarına uyğun olaraq və xüsusi karantin rejimi dövründə ali ixtisas təhsili müəssisələrində tədris prosesinin təşkilinə dair əlavə tələbləri tənzimləyən təlimatı nəzərə alaraq, 2020-2021-ci tədris ili payız semestrinin qış imtahan sessiyası onlayn formada həyata keçiriləcək.

Tələbə qеydiyyаtı və biliyin qiymətləndirilməsi şöbəsi tərəfindən imtahan sessiyası bitdikdən sonra 1 həftə ərzində üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələrin imtahanları təşkil olunacaq. Həmçinin imtahan zamanı texniki problemlərdən dolayı qoşulmada problem olan tələbələr üçün imtahan günü və ya növbəti gün fərdi qaydada imtahanın təşkil olunması təmin olunacaq.

İmtаhаn sеssiyаsı dövründə yаrаnа biləcək hər hаnsı prоblеmi dərhаl аrаşdırmаq və müvаfiq tədbirlər görmək, hаbеlə sеssiyаnın şəffаf, nоrmаtiv sənədlərə uyğun kеçirilməsinə kömək еtmək məqsədilə Оpеrаtiv Qərаrgаh fəaliyyət göstərəcək.

Biliyin qiymətləndirilməsi və monitorinq şöbəsinin müdiri Fatma Qurbanzadə 2020-2021-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası müddətində keçən semestrlərdə olduğu kimi maksimum güzəştlər tətbiq olunacağını diqqətə çatdırıb.

Cəbhə bölgəsində yaşayan tələbələr, habelə digər bölgələrimizdə yaşayan bir sıra internet problemləri olan tələbələr üçün maksimum güzəştlərin tətbiq edilməsi nəzərdə tutulur. Dərs müddətində tələbənin imtahanqabağı topladığı bal 34 bala çatmırsa, o halda balın 34-ə çatdırılmasında universitet rəhbərliyi güzəşt tətbiq etməyi planlaşdırır. Qayıb limitinin 50%-ə qaldırılmasını nəzərə alaraq, tələbə iştirak etmədiyi dərslərdə davamiyyətə görə balın çıxılması tələbələrin imtahanaqədər giriş ballarının differensiallaşdırılması məqsədilə, həmçinin də mövcud əsasnamənin müddəalarına uyğun hesab olunur. Lakin ölkə ərazisində olan mövcud vəziyyəti nəzərə alaraq, 50 % qayıb limitini keçən tələbələr də imtahana buraxıla biləcək. 25% imtahanların ödəniş qaydası, təkrar imtahan verən tələbələrin təqaüdə iddialı olması, Nazirlər Kabineti və Təhsil Nazirliyinin müvafiq əsasnamələrinə uyğun tənzim olunur. İmtahan prosesində bütün tələbələrin minimum 17 balla təmin olunması üçün universitet rəhbərliyi tərəfindən maksimum güzəştlər tətbiq olunacaq. Keçən yaz semestrində və yay məktəbində olduğu kimi kəsirsiz imtahan sessiyası, yaranmış hər hansı bir neqativ hala qarşı tələbəyə fərdi yanaşma, problemin işçi qaydada həlli nəzərdə tutulmuşdur.

Qeyd olunanlarla bağlı Elmi Şurada müvafiq qərar qəbul olunub.

Elmi Şurada Əlavə təhsil və təcrübə şöbəsinin müdiri M.İsmayılov hesabat verib, Elm şöbəsinin müdiri S.İmanova kаfеdrаlаrdа 2020-ci ildə  еlmi-tədqiqаt işlərinin yеrinə yеtirilməsi və pеrspеktivləri  hаqqındа danışıb.