XƏBƏRLƏR

Qış imtahan sessiyası müddətində maksimum güzəştlər tətbiq olunacaq

16 dekabr, 2020

2020-2021-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası müddətində keçən semestrlərdə olduğu kimi maksimum güzəştlər tətbiq olunacaq. Azərbaycan Dillər Universitetinin rəhbərliyi həmişə olduğu kimi, bu dəfə də tələbələrin yanındadır!

1. Cəbhə bölgəsində yaşayan tələbələr, habelə digər bölgələrimizdə yaşayan bir sıra internet problemləri olan tələbələr üçün maksimum güzəştlərin tətbiq edilməsi nəzərdə tutulur.

2. Dərs müddətində tələbənin imtahanqabağı topladığı bal 34 bala çatmırsa, o halda balın 34-ə çatdırılmasında universitet rəhbərliyi güzəşt tətbiq etməyi planlaşdırır. 

3. Qayıb limitinin 50%-ə qaldırılmasını nəzərə alaraq, tələbə iştirak etmədiyi dərslərdə davamiyyətə görə balın çıxılması tələbələrin imtahanaqədər giriş ballarının differensiallaşdırılması məqsədilə, həmçinin də mövcud əsasnamənin müddəalarına uyğun hesab olunur. Lakin ölkə ərazisində olan mövcud vəziyyəti nəzərə alaraq, 50 % qayıb limitini keçən tələbələr də imtahana buraxıla biləcək.

4. 25% imtahanların ödəniş qaydası, təkrar imtahan verən tələbələrin təqaüdə iddialı olması, AR Nazirlər kabineti və Təhsil Nazirliyinin müvafiq əsasnamələrinə uyğun tənzim olunur.

5. İmtahan prosesində bütün tələbələrin minimum 17 balla təmin olunması üçün universitet rəhbərliyi tərəfdən maksimum güzəştlər tətbiq olunacaq. Keçən yaz semestrində və yay məktəbində olduğu kimi kəsirsiz imtahan sessiyası, yaranmış hər hansı bir neqativ hala qarşı tələbəyə fərdi yanaşma, problemin işçi qaydada həlli nəzərdə tutulmuşdur. Qeyd olunanlarla bağlı Elmi Şurada müvafiq qərar qəbul olunub.