XƏBƏRLƏR

ADU-nun əməkdaşları orduya dəstək olur

27 oktyabr, 2020

Hər  bir Azərbaycan vətəndaşı torpaqlarımızın işğaldan azad edilməsi naminə döyüşən hərbi qulluqçularımıza ürəyi və ruhu ilə dəstək olmaq arzusundadır. Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Xarici dillər kafedrasının müəllim heyəti müqəddəs borcunu yerinə yetirən vətən oğullarına dəstək olmaq üçün “Orduya-Əsgərə dəstək” yardım aksiyası keçirib.

Yardım bağlamalarına “Əsgər məktubu” da əlavə olunub:

“Rəşadətli Azərbaycan əsgəri! Sən Vətənin sipəri, tarixi, xalqın milli dəyərlərini qoruyan övladısan. Xalqımızın namuslu, əqidəli, qeyrətli, ləyaqətli oğlusan. Qarabağın azadlığına nail olmaq amalı ilə gedən döyüşlərdə mənfur işğalçılara hər biriniz layiqli cavabı verirsiniz.

Azərbaycan əsgəri, Sənə hər bir ailənin anası, bacısı, atası, sənin şərəflə seçdiyin yolu səbirsizliklə gözləyən kiçik qardaşların güvənir. Mənim əsgər qardaşım, şəhid anaları Sənə güvənir. Onlar əmindir ki, övladlarının qanı yerdə qalmayacaq. Hər birimiz inanırıq: torpaqlarımız Sənin kimi cəsur döyüşçülərin sayəsində azad olunacaq.”