XƏBƏRLƏR

Siena Əcnəbilər Universitetində Azərbaycanın müstəqillik günü ilə bağlı təqdimat

20 oktyabr, 2020

ADU-nun Tərcümə fakültəsində İtalyan dili ixtisası üzrə təhsil alan tələbəsi Tural Rzayev Siena Əcnəbilər universitetində Azərbaycanın müstəqillik günü ilə bağlı təqdimat edib. Təqdimatda Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi ilə yanaşı Dağlıq Qarabağ, Xocalı soyqırımı və son günlər baş verən erməni təxribatları haqqında ətraflı məlumat verib. Onun təqdimatı  böyük maraqla qarşılanıb.

Təqdimat İtalyan mərkəzinin təşəbbüsü ilə tələbələr Yusif İbrahimov, İradə İbrahim, Kəmalə Əliyeva, Aysun Mustafayeva, Nərgiz Hacıyeva tərəfindən hazırlanıb.