Beynəlxalq konfransa dəvət - ELAN

Hörmətli həmkarlar!
“ELGER” Elm-tədris mərkəzi Sizi Azərbaycan Respublikasının Milli Marşı və Şərqdə ilk operanın müəllifi olan Üzeyir Hacıbəylinin anadan olmasının 135 illik yubileyinə həsr olunmuş “Tarixdə şəxsiyyətin rolu” adlı VIII Beynəlxalq elmi-praktik konfransda iştirak etməyə dəvət edir.
Konfrans elmin aşağıdakı sahələrini əhatə edir:
Fizika-riyaziyyat elmləri; Kimya və biologiya; Texniki elmlər; Torpaqşünaslıq; Tarix elmləri; Siyasi elmlər; Pedaqoji elmlər; Psixologiya elmləri; İqtisad elmləri; Fəlsəfə elmləri; Filologiya elmləri; Kulturologiya; Jurnalistika.
Konfransın keçirilmə tarixi: 30 oktyabr 2020
Məqalələrin son qəbul tarixi: 25 oktyabr 2020
Konfransın işçi dilləri: Türkcə (Azərbaycan, Türk, Tatar, Qazax, Qırğız, Özbək, Türkmən türkcəsi), rus, gürcü və ingilis dilləri.
Konfrans onlayn-formatda parılır.
Konfransın keçirilmə yeri: Qars, Türkiyə
Sertifikat: İştirakçılara ingilis dilində yazılmış beynəlxalq sertifikatlar verilir.
Ödəniş: 40 manat
Ətraflı məlumat üçün təşkilat komitəsinə müraciət edə bilərsiniz:
E-mail: [email protected]
Tel: +994 70 779 79 37 (WhatsApp); +90 536 880 0023 (WhatsApp)