XƏBƏRLƏR

"Müstəqilliyimiz gələcəyimizdir" mövzusunda onlayn konfrans keçirilib

19 oktyabr, 2020

Filologiya fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə 18.10.2020-ci il tarixində Müstəqillik gününə həsr olunmuş “Müstəqilliyimiz gələcəyimizdir" mövzusunda onlayn şəkildə konfrans keçirilmişdir. Kofransın əsas məruzəçisi və moderatoru Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar İmanov müstəqillik yolunun çətinliklərinə, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi və hazırda gedən döyüşlərə, əsgərlərin torpaqlarımızın bütövlüyü uğrunda göstərdikləri şücaətlərinə, erməni vandallığı, Gəncə, Tərtər və digər bu kimi ərazilərdə ermənilərin törətdikləri terror hadisələrinə toxunaraq tədbiri açıq elan etmişdir. Konfransda Azərbaycanın keçdiyi müstəqillik yolunun tarixi diqqətə çatdırılmaqla yanaşı, günümüzdə aktual olan Qarabağ və Qarabağda gedən döyüşlərdən, həmçinin jurnalistlərin bu hadisələrdə tutduqları mövqelərdən də danışılıb.

Konfransda Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri Fil.f.d. Ülfət İbrahim, Virtual Jurnalistika kafedrasının müdiri Nərgiz Qurbanlı, həmçinin Filologiya fakültəsinin IV kurs tələbəsi Novruzova Səmra, II kurs tələbələri Cabbarlı Sənan, Hüseynli Elşən öz çıxışlarını Azərbaycan, fransız, ingilis, ispan dillərində ediblər.  Məruzələrin əsas qayəsi dünyaya haqq səsimizin çatdırılması olub.