Tərcümə fakültəsində I kurslarla tanışlıq görüşü keçirilib
16 oktyabr, 2020
12.10.2020-16.10.2020 tarixlərində ADU-nun Tərcümə fakültəsində I kurslarla tanışlıq görüşü keçirilib. Görüşdə rektorun məsləhətçisi Anar Osmanlı, fakültə dekanı Bənövşə Məmmədova və kafedra müdirləri iştirak ediblər.
Anar Osmanlı universitetin rektoru, akademik Kamal Abdullanın salamlarını və təbriklərini tələbələrə çatdırıb, onlara uğurlar arzulayıb.
Tələbələr təhsil binası və auditoriyalarla tanış olublar.