Onlayn dərslərə qeyri-müəyyən müddətdə fasilə verilməsi haqqında - ELAN
28 sentyabr, 2020
Əziz tələbələr!
Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatının qarşısını almaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ölkə ərazisində internetin verilməsi məhdudlaşdırılıb.
Bunu nəzərə alaraq, Azərbaycan Dillər Universitetinin (ADU) rəhbərliyi mümkün alternativ vasitələrdən istifadə etməklə onlayn dərslərə qeyri-müəyyən müddətdə fasilə verilməsi haqqında qərar qəbul edib.
Hər şey Vətən üçün!