“Xarici dillərin onlayn tədrisinin aktual problemləri” mövzusunda Beynəlxalq onlayn elmi-praktik konfransı

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ
“Xarici dillərin onlayn tədrisinin aktual problemləri” mövzusunda Beynəlxalq onlayn
elmi-praktik konfransı
29 dekabr 2020-ci il tarixində Azərbaycan Dillər Universitetində “Xarici dillərin onlayn tədrisinin aktual problemləri” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirəcəkdir.
Konfrans aşağıdakı mövzuları əhatə edəcəkdir:
• Xarici dillərin onlayn tədrisində interaktivliyinin təmin olunması
• Xarici dillərin onlayn tədrisinin pedaqoji aspektləri
• Xarici dillərin onlayn tədrisinin psixoloji aspektləri
• Xarici dillərin onlayn tədrisinin linqvistik problemləri
• Texniki istifadə imkanları və problemləri
Sizi bu konfransda iştirak etməyə dəvət edirik.
Konfransın işçi dilləri: Azərbaycan, ingilis, rus.
Konfransa göndərilmiş, antiplagiat sistemində yoxlanılmış və təşkilat komitəsinin müsbət rəy verdiyi tezislər çap ediləcəkdir.
Qeydiyyat vərəqinin son göndərilmə tarixi: 10 oktyabr 2020-ci il
Tezislərin son göndərilmə tarixi: 20 noyabr 2020-ci il
Tezislərin tərtibinə qoyulan tələblər:
- müəllifin (müəlliflərin) adı, soyadı, ata adı – 12 pt, tünd rənglə (səhifənin yuxarısında sağda);
- təmsil etdiyi müəssisənin adı – 12 pt, tünd rəng;
- tezislərin adı – 14 pt, tünd rəng, ortadan;
- tezislərin həcmi – 350-500 söz, format–A4, səhifələr nömrələnmir;
- açar sözlər (3-5 söz, tezisin yazıldığı dildə) – 12 pt, tünd rəng;
- tezislər Times New Roman şrifti ilə 12 pt ilə;
- yuxarıdan – 3 sm, aşağıdan – 2 sm, soldan –2 sm, sağdan – 2 sm;
- sətirlərarası məsafə (interval) –1,5 sm;
- istinad olunmuş ədəbiyyatın nömrəsi və səhifəsi mətnin daxilində göstərilir (Məsələn: [1] və ya [1, s.119]);
- tezislər elektron variantda təqdim olunmalıdır;
- Konfrans iştirakçılarının əlavədə göstərilən qeydiyyat vərəqini doldurub, e-mail ünvanına göndərmələri xahiş olunur;
- Konfrans Microsoft Teams platformasında keçiriləcəkdir. Qeydiyyatdan keçən iştirakçıların e-mail ünvanına link göndəriləcəkdir.
- Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilmir, bununla bağlı müəlliflərə əlavə məlumat verilmir.
Təşkilat komitəsi ilə əlaqə nömrələri:
Tel: (+994 12) 441 22 78 (2 57)
Mob: (+994 77) 757 97 00
E-mail: elmshobesi@adu.edu.az
QEYDİYYAT VƏRƏQİ
“Xarici dillərin onlayn tədrisinin aktual problemləri” mövzusunda Beynəlxalq onlayn elmi-praktik konfrans
İştirakçının adı, atasının adı, soyadı, elmi dərəcəsi, elmi adı |
|
Təmsil etdiyi müəssisə, şəhər |
|
Telefon nömrəsi, elektron ünvan |
|