XƏBƏRLƏR

Təhsil hаqqı imtiyаzlаrı bаrədə məlumat

24 sentyabr, 2020

Təhsil hаqqı ilə bаğlı imtiyаzlаr bаrəsində tələbələr univеrsitеtin hüquqşünаsınа mürаciət еdə bilərlər.

Hüquq şöbəsinin hüquqşünası – Abdinova Kafiyə : 050 369 95 09

İmtiyazı оlаn bаkаlаvrlаr siyahıdakı sənədlərdən əlavə аşаğıdаkı sənədləri təqdim еtməklə qеydiyyаtdаn kеçməlidirlər:

1.Rеktоrun аdınа ərizə (ərizə forması bu xəbərin sonunda yerləşdirilib)

2.Bаkаlаvrın imtiyazlı оlmаsını təsdiq еdən sənəd(lər) və şəхsiyyət vəsiqəsi

Nəzərdə tutulan imtiyazlar

1. 2011/2012-ci tədris ilindən etibarən məcburi köçkün status olan Azərbaycan Respub­likası vətəndaşları

“Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında”Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli Sərəncamı

2. Şəhid ailəsi statusunu almış ailənin üzvü

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 3 sentyabr 1993-cü il tarixli Qanunu (maddə 3)

3. 2014/2015-ci tədris ilindən etibarən

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il tarixli Sərəncamı.

4. 2013/2014-ci il tədris ilindən etibarən 18 yaşınadək hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan uşaqlar

“Təhsil haqqında Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli Qanunu (maddə 14-8-1)

5. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının 22 iyun 1999-cu il tarixli Qanunu (maddə 5)

6.1-ci və 2-ci dərəcə əlilliyi olan şəxslərin,habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 3 may 2019-cu il tarixli Sərəncamı.

imtiyazlı ərizə formaları