XƏBƏRLƏR

Təhsil 2 fakültəsi ”Mən Çini sevirəm” inşa müsabiqəsi keçirir

24 sentyabr, 2020

Çin Xalq Respublikası (ÇXR) Azərbaycanın müstəqilliyini 27 dekabr 1991-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər isə 2 aprel 1992-ci ildə qurulub. Ötən müddət ərzində formalaşmış siyasi, iqtisadi, ticarət, enerji, mədəniyyət, turizm, təhsil kimi sahələrdə əməkdaşlıq münasibətləri həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə yüksək səviyyədədir və tərəflər bir sıra strateji sahələrdə məhsuldar əməkdaşlıq edirlər. 

Çinin BMT Təhlükəsizlik Şurasının veto hüquqlu 5 üzvündən biri olmasını və beynəlxalq məsələlərə geniş təsir imkanlarını nəzərə alsaq, bu cür prinsipial məsələlərdə iki ölkənin rəsmi mövqelərinin üst-üstə düşməsi Azərbaycan üçün çox vacibdir. 

Çin – Azərbaycan münasibətlərinin inkişafına, “Bir kəmər, bir yol” təşəbbüsünün birlikdə reallaşdırılmasına böyük diqqət yetirildiyi və rəsmi Pekinin bunu yüksək qiymətləndirdiyi ölkəmizin regionda daha da möhkəmlənməsinə zəmin yaratdı. Bu layihə çərçivəsindəTransxəzər nəqliyyat dəhlizinin əhəmiyyəti artmışdır. 126 ölkə və 29 Beynəlxalq təşkilat bu layihə çərçivəsində əməkdaşlıq müqavilələri imzalayıblar. Belə ki, Asiya regionundan 36 ölkə, Afrikadan 37, Avropadan 26, Okeaniyadan 9, Şimali Amerikadan 11, Cənubi Amerikadan 7 ölkə “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulublar.  

Dünya texnologiya nəhənglərindən sayılan “Huawei” Azərbaycanda 25 ildir uğurla fəaliyyət göstərir. Bu şirkət 2018-ci ildə dünyada ilk dəfə olaraq 100 milyard dollardan çox gəlir əldə etməklə rekord vurmuşdu. “Huawei” 2018-ci il ərzində 200 milyon ədəd smartfon sata bilib.

ÇXR  Azərbaycanın uğurlu daxili və xarici siyasətinin həyata keçirildiyinə, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artdığına, Azərbaycanda sabitliyin təmin olunduğuna, xalqımızın rifah halının yüksəldiyinə, iqtisadi sahədə inkişafa nail olunduğuna böyük önəm verərək ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyən ilk beşlik ölkələrdən biridir. Göründüyü kimi, tərəflərin münasibətləri daha da inkişaf etdirmək istəkləri Azərbaycan – Çin münasibətlərinin perspektivini parlaq edir və ölkələr arasında əlaqələrin günün tələbləri səviyyəsində inkişafına güclü təkan verir.

Bütün bu münasibətlərin uğurlu nəticəsi kimi Təhsil 2 fakültəsinin tələbələri təşəbbüs göstərərək “Mən Çini sevirəm” layihəsi çərçivəsində inşa müsabiqəsi keçirmək qərarına gəliblər. Artıq 20 sentyabrdan müsabiqəyə start verilib. Ən yaxşı inşa yazısı fakültədə yaradılan münsiflər heyəti tərəfindən I,II, və III dərəcəli diplomla mükafatlandırılacaqlar. Müsabiqəyə 5 oktyabr Müəllimlər günündə yekun vurulacaq.

Azərbaycan-Çin münasibətlərinin 29-cü ili ərəfəsində II-III və IV kurs tələbələri arasında  “Mən Çini Sevirəm” mövzusunda onlayn inşa  müsabiqənin şərtləri dekanlıq tərəfindən dəyərləndiriləcəkdir. Ən yaxşı inşa üçün II-III və IV yerlər müəyyənləşdirilib. Pandemiya şəraitində Çinin uğurları, Azərbaycan-Çin münasibətlərinin tarixi kökləri, TRASEKA layihəsi, tarixi İpək Yolu layihəsinin əsas konturları, “Bir  kəmər, bir yol” təşəbbüsü, təhsildə Çin nümunəsi, Konfutsi İnstitutunun Azərbaycan gəncləri üçün yaratdığı imkanlar və s. mövzular inşanın əhatə dairəsinə cəlb olunub.