Pandemiya günlərində kitabxanamız və məlumat xidmətlərimiz

ADU Kitabxanasının iş saatlarında dəyişiklik edilib. Əsas bina və Təbriz korpusu kitabxanası 01 sentyabr 2020-ci il tarixindən etibarən iş günləri 09: 00-17: 00 arasında yalnız Dillər Universiteti üzvləri üçün açıqdır.
ADU oxucularına Xidmət şöbəsinin abonoment bölmələrindən kitab vermə xidmətlərimizlə bərabər əvvəldən adlarında olan bütün materiallar 30 İyul 2020-ci il tarixinədək uzadılıb.
01 sentyabr 2020-ci il tarixindən etibarən həftə içi I-V iş günləri geri qaytarılan kitablar və evə kitab verilişi prosesi başladıldı. Universitetin Veb səhifəsində kitabxananın məlumat bazaları yenilənmiş formatda istifadəçilər üçün açıldı. Bununla birlikdə, e-kitabxana olaraq daxil olduğumuz https://adu.edu.az/az/kitabxana/ ünvanında E-kataloq - DSpace - rəqəmsal arxiv, onlayn dövri dətbuat, dünya elektron kitabxanaları, xəbər və yeniliklər bütün elektron mənbələrə onlayn istifadə sərbəstdir
Hörmətli oxucular,
Covid-19 səbəbindən universitetə gələ bilmədiyiniz bu günlərdə müəllim və tələbələr üçün DSpace rəqəmsal kitabxanada elmi jurnalların, dərslik və dərs vəsaitlərini Açıq PDF variantda oxumaq, köçürmək, print etmək olar.
Dünya elektron kitabxanaları linkindən də axtarış edə bilərsiniz.
Bu çətin müddətdə təhsil və tədqiqat fəaliyyətlərinizi dəstəkləmək üçün çap olunmuş kolleksiyalar xaricində bütün məlumat xidmətlərimizi mümkün qədər elektron şəkildə həyata keçirməyə çalışırıq. Bu çərçivədə dəyişən xidmətlərimizi aşağıdakı kimi ifadə edə bilərik:
COVID-19 prosesi zamanı kitabxanamızdan və məlumat xidmətlərimizdən daha səmərəli faydalanmaq və bu proses haqqında məlumatlar vermək üçün Universitetin https://www.facebook.com/adu.edu.az/, https://www.facebook.com/kitabxanaADU/ sosial şəbəkədə xüsusi məlumat bazalarından onlayn sosiallaşma ilə bağlı müxtəlif təhsil məlumat bazaları təqdim olunur.
Akademik işləriniz üçün kitabxana dəstəyi, kitabxana məlumat bazaları, veb seminarlar və s. kitabxananın Rəqəmsallaşdırma şöbəsi sizə elektron poçt və Zoom vasitəsilə xidmət göstərməyə hazırdır.
COVID-19 məlumat yeniləmələri və bütün elanlarımız eyni vaxtda sosial media hesablarımızda paylaşılır.
Müvafiq şöbələrimizə (Abonoment-kitab vermə xidməri, dolama vərəqi) elektron poçt yazaraq kitabxana və məlumat xidmətlərimizlə bağlı hər hansı bir sual, şərh və / və ya təkliflərinizi göndərə bilərsiniz. https://www kitabxana.adu.edu.az
Sağlam günlərdə yenidən üz-üzə gələcəyimizi ümid edirəm.
ADU kitabxanasının müdir müavini Cəmilə Əliyeva