XƏBƏRLƏR

İndoneziyanın Kristen Duta Vaçana Universiteti ingilis dilində məqalə qəbulu elan edir

09 sentyabr, 2020

İndoneziyanın Kristen Duta Vaçana Universitetində nəşr edilən “SAQA: ingilis dilinin tədrisi və tətbiqi dilçilik məsələləri” jurnalı fevral buraxılışı üçün ingilis dilində məqalə qəbulu elan edir. Jurnalda məqalələrin çapı ödənişsizdir. Məqalələrin göndərilməsi üçün son tarix 16 noyabr 2020-ci ildir. Məqalələrin yazılışına dair tələblərlə tanış olmaq üçün aşağıdakı keçidə daxil olun: http://saga.ukdw.ac.id/index.php/SAGA/about

Əlavə məlumat üçün İndoneziya Araşdırmalar Mərkəzinə müraciət edə bilərsiniz:  https://www.facebook.com/cis.aul/?ref=bookmarks