XƏBƏRLƏR

İndoneziyanın Sepuluh Nopember Texnologiya İnstitutu sənəd qəbulu elan edir

07 sentyabr, 2020

İndoneziyanın Sepuluh Nopember Texnologiya İnstitutu onlayn İndoneziya dili və mədəniyyəti proqramına sənəd qəbulu elan edir. Proqram çərçivəsində iştirakçılar İndoneziya dili, İndoneziya tarixi, İndoneziya mədəniyyətinin müxtəlifliyi, İndoneziya milli rəqsləri ilə tanış olmaq və virtual şəhər gəzintisinə çıxmaq fürsəti qazanacaq. Proqramı uğurla bitirmiş iştirakçılar sertifikat və 1 kredit əldə edəcəkdir.

Dərslər hər çərşənbə günü Qərbi İndoneziya vaxtı ilə saat 16:00-da onlayn rejimdə təşkil ediləcəkdir.

Proqram 30 sentyabr – 23 dekabr  2020-ci il tarixlərini əhatə edəcəkdir.

Proqramda iştirak ödənişsizdir.

Proqrama müraciət etmək üçün aşağıdakı sənədlər tələb olunur:

CV (ingilis dilində),
motivasiya məktubu (ingilis dilində 200 söz),
akademik transkript,
pasport/şəxsiyyət vəsiqəsi/tələbə biletinin surəti.

Proqrama müraciət etmək üçün son tarix: 16.09.2020 

Əlavə məlumat / qeydiyyat üçün aşağıdakı keçidə daxil ola:

https://www.its.ac.id/international/e-program-fbicc/?fbclid=IwAR3kljF7dmX7bcLCwvmbOACFABcEtDys7db9p8HL1Wp4ugTXF_FHDRV740o

və ya İndoneziya Araşdırmalar Mərkəzinə müraciət edə bilərsiniz:

https://www.facebook.com/cis.aul/?eid=ARBzfxvw3cTFP2ddc0XIQpXzd3hwL9L_WjFbmWimf0m6FrHs8nYtXbZbt-pV1bsuASkzbmyzq4LmCzUS