XƏBƏRLƏR

Magistraturanın boş qalan yerlərinə qəbul olmuş bakalavrların sənəd qəbulu onlayn aparılacaq

04 sentyabr, 2020

Azərbaycan Dillər Universitetinin magistraturasının boş qalan yerlərinə qəbul olmuş bakalavrların nəzərinə!

                                                            Sənədlərin  qəbulu onlayn aparılacaq.

Qeydiyyat müddəti: 04.09.2020 - 09.09.2020. Saat 18:00

Azərbaycan Dillər Universitetinə 2020-2021-ci tədris ilində magistraturanın boş qalan yerlərinə qəbul  olanların qeydiyyatının aparılması üçün tələb olunan sənədlərin skan edilmiş surətləri aşağıdakı ünvana göndərilməlidir:

E-mail: [email protected]

DİQQƏT: sənədlərin qəbuluna dair gün ərzində təsdiqedici mail almadığınız halda prosesi təkrarlamağınız xahiş olunur.

Qeydiyyatın aparılması üçün tələb olunan sənədlər

(eyni vaxtda göndərilir)

Diplоm (cаri ilin məzunlаrı isə diplоm əvəzi аrаyış)
Təhsil haqqını ödədiyinə dair qəbz (bank rekvizitləri saytda yerləşdirilib)
Sаğlаmlıq hаqqındа аrаyış
Çаğırışçı məntəqəsinə təhkim еdilmə hаqqındа vəsiqə və yа hərbi bilеt
Şəхsiyyət vəsiqəsi
İmzalanmış müqavilə (müqavilə saytda yerləşdirilib)
Fоtоşəkil (3х4 ölçüdə)
Bakalavrın qəbul imtahanının nəticə vərəqəsi (yaxud iş nömrəsi və şifrə)

Əlaqə üçün: 055-302-88-57 (Məmməd İsmayılov) 

 

 

Müqavilə

Ərizə

İmtiyazlara dair məlumat

Rekvizitlər