Əlavə təhsil və təcrübə fakültəsinə tələbə qəbulunun müddəti uzadılıb - ELAN

2020/2021-ci tədris ilində təkrar ali təhsil və kadrlarının yenidənhazırlanması təhsili
Azərbaycan Dillər Universitetində mövcud olan bütün ixtisaslar üzrə müsabiqə yolu ilə tələbə qəbulu
E L A N
Tələb olunan sənədlər:
rektorun adına ərizə;
diplom (yaxud diploməvəzi arayış) və əlavəsinin (yaxud transkriptin) surəti;
şəxsiyyət vəsiqəsinin surəti;
3x4 sm ölçüdə 3 ədəd fotoşəkil;
sağlamlıq haqqında arayış;
əmək kitabçasının surəti.
Sənədlər 2020-ci il iyun ayının 1-dən avqust ayının 17-dək
(istirahət günlərindən başqa) saat 10:00-15:00-dək qəbul edilir.
Diqqət: Sənədləri təqdim etmək üçün (012) 564 22 48 nömrəsinə zəng edərək vaxt təyin edilməsi və gələrkən tibbi maskadan istifadə olunması vacibdir.
Ünvan: ADU-nun 3 saylı tədris binası
Bakı şəh., Nərimanov ray., Təbriz küç., 81, III mərtəbə, otaq 308
Tel.: (012) 564 22 48; (055) 302 88 57
Email: [email protected]
Sayt: www.adu.edu.az