XƏBƏRLƏR

Magistrantların diqqətinə - ELAN

28 iyun, 2020

2020-2021-ci tədris ilində ADU-nun Magistratura pilləsinə qəbul olmuş tələbələrin nəzərinə: xahiş edirik, qeydiyyatdan keçmək üçün aşağıdakı sənədləri təqdim edəsiniz:

1. Bakalavr diplomu və ya diplom əvəzi arayış;

2. Sağlamlıq haqqında arayış;

3. Şəxsiyyət vəsiqəsinin surəti.

Qeyd: Xahiş olunur məcburi köçkün, əlil və ya digər imtiyazlı qrupa aid olanlar müvafiq sənədləri əlavə etsinlər.

Sənədlərin qəbul qaydası (online və ya ənənəvi formada) Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən müəyyən ediləcəkdir.