XƏBƏRLƏR

Fransa Beynəlxalq Təhsil İnstitutu ödənişsiz onlayn təlim proqramı elan edir

11 iyun, 2020

Fransa Beynəlxalq Təhsil İnstitutu fransızdilli mütəxəssislər üçün ödənişsiz onlayn məsafəli təlim proqramı elan edir.

COVİD-19 pandemiyası ilə əlaqədar olaraq Fransa Beynəlxalq Təhsil İnstitutu hər il təşkil etdiyi ənənəvi BELC yay universitetini bu il ilk dəfə olaraq tamamilə onlayn şəkildə təşkil edəcək.

Təlim fransız dilini xarici dil kimi tədris edən kollec, lisey, universitet və eyni zamanda ibtidai, orta məktəb müəllimləri üçün nəzərdə tutulub. Bundan başqa, digər profilə sahib fransızdilli mütəxəssislər də təlimə qoşularaq faydalana bilərlər.

Təlimdə əsas iştirak şərtləri:

1. İştirakçıların təlimi iyulun 6-dan 31-dək müstəqil, tam şəkildə və ya qismən izləyə bilmək şansları olacaq;
2. İyulun 15-dən 29-dək proqrama dəstək olaraq,  təlim Fransa Beynəlxalq Təhsil İnsitutunun peşəkar təlimçilərinin aktiv iştirakı və müşahidəsi ilə davam etdiriləcək. İştirakçıların çoxluğunu nəzərə alaraq, bu dəstək asinxron (qeyri-bərabər vaxt intervalı) və kollektiv formada həyata keçiriləcək;
3. Sonda məsafəli təlimdə iştirak etmək arzusunda olan fransız dilini tədris edən müəllimlərin və ya fransızdilli mütəxəssislərin 8-21 iyun tarixlərində onlayn qeydiyyatdan keçməkləri vacibdir. Onlayn qeydiyyat və təlimlə bağlı digər məlumatları əldə etmək üçün aşağıda qeyd edilən linkə daxil ola bilərsiniz:

www.ciep.fr/campus-numerique-2020

 Sözügedən təlimlə paralel olaraq, Fransa Beynəlxalq Təhsil İnstitutu öz tərəfdaşları ilə birgə pedaqoji, mədəni və məlumatyönümlü onlayn konfranslar, reportajlar, vebinarlar, slayd şoular təşkil etməyi nəzərdə tutub. Bu tədbirlərlə bağlı isə aşağıdakı qeyd edilən link vasitəsilə məlumatlana bilərsiniz:

 https://www.ciep.fr/campus-numerique-2020

Bundan başqa, təlimdə və ya onlayn tədbir, proqramlarda iştirakla bağlı hər hansı bir sual yarandığı halda, layihənin rəhbəri Ken Perezə e-mail ([email protected]) ünvanı vasitəsilə müraciət edə bilərsiniz.