XƏBƏRLƏR

İmtahanlar başladı: Tələbələr yüksək bilik göstərir

08 iyun, 2020

Azərbaycan Dillər Universitetində 2019-2020-ci tədris ilinin yaz imtahan sessiyası rektor akad.K.M.Abdullayevin 03.06.2020-ci il  23 №-li əmri 08  iyun 2020-ci il- 05 iyul 2020-ci il tarixlərində keçirilir.

İmtahanların  universititetin  hər 3 korpusunda  3 növbədə səhər saat 10:00-dan 18:00 -a qədər əvvəlcədən hazırlanmış, lazımi internet təchizatı ilə təmin olunmuş, sanitar-gigiyenik qaydalara əməl olunmuş otaqlarda, sosial məsafəni qorumaq şərtilə  keçirilir.

366 qrup üzrə 872 fəndən imtahan davamedici fənlərlə bağlı verilmiş qərara əsasən 529 fənn olmaqla  40% azalmışdır.

Gün ərzində hər 3 tədris binasında təxminən 1500-ə yaxın tələbə onlayn imtahan verir.

Bu günə olan statistik nəticələrə görə I növbə təşkil olunan imtahanlarda 635 tələbə onlayn imtahan vermiş, kəsilən tələbə olmamışdır. Ən yüksək bal toplayan tələbənin imtahan nəticəsi 100 bal, ən aşağı bal toplayan tələbənin imtahan nəticəsi isə 62 bal olaraq qeyd olunmuşdur.

İmtahanlar zamanı tələbələr yüksək bilik nümayiş etdirirlər.