XƏBƏRLƏR

Rektor: "Bu imtahanları kəsirsiz və uğurlu görürəm"

05 iyun, 2020

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla imtahan sessiyası ilə bağlı növbəti dəfə fikirlərini bildirib. Rektorun fikirlərini təqdim edirik.

"İyunun 4-də tələbə və magistrantlara müraciətim olub. Mənə elə gəlir, həmin müraciətdə onları narahat edən bütün suallara aydınlıq gətirilib. İyunun 8-də imtahanlar başlayacaq. Əgər məndən soruşsanız ki, "bu imtahanları necə görürsünüz?" - bu suala rektor olaraq birmənalı cavabım belədir: imtahanları tələbələr üçün kəsirsiz və uğurlu görürəm".