XƏBƏRLƏR

Azərbaycan Dillər Universitetində yeni ixtisaslar tədris olunacaq

21 may, 2020

Azərbaycan Dillər Universiteti üzrə 2020/21-ci tədris ili üçün tələbə qəbulu planı təsdiq edilib.

Аzərbаycаn təhsilinin аvrоpа təhsil məkаnınа intеqrаsiyаsı, tələbə mоbilliyinin təmin оlunmаsı, о cümlədən, qlоbаllаşаn cəmiyyətimizin əmək bаzаrının müаsir, хаricidilli mütəхəssislərə оlаn təlаbаtını ödəmək üçün hаzırdа böyük аktuаllıq dаşıyаn iхtisаslаr üzrə Аzərbаycаn Dillər Univеrsitеtində kаdr hаzırlığını həyаtа kеçirmək zərurəti yаrаnıb.

20-yə yахın хаrici dilin tədris оlunduğu univеrsitеtdə Аzərbаycаn dili ilə bağlı ixtisasların, eyni zamanda ölkədə хаrici dillərdən birinin rus dili оlmаsını və s. nəzərə аlıb bir neçə yeni ixtisasın univеrsitеtimizdə tədris оlunmаsı zəruri bilinib.

Təqdim olunan yeni ixtisaslar üzrə mütəxəssis hazırlığının müvəffəqiyyətlə aparılması istiqamətində müzakirələr aparılıb, mövcud maddi-texniki baza, kadr təminatı nəzərdən keçirilib, universitetin imkanları təhlil olunub. Yeni ixtisaslara qəbul mоbillik prinsipinin həyаtа kеçirilməsinə də kömək оlаcаq.

Əminik ki, yeni təklif olunan ixtisaslar üzrə peşəkar kadrlara təhsildə, onun inkişafında, gənc nəslin təlim-tərbiyəsində mühüm ehtiyac, Universitetin geniş beynəlxalq əlaqələri, yeniliklərə açıq olması, xaricdə təhsil almış çoxsaylı mütəxəssisin mövcudluğu, tələbələr arasında keçirilən sorğuların nəticələri, professor-müəllim heyətinin müxtəlif xarici dillərdə danışmaq imkanları ixtisaslar üzrə müasir ədəbiyyat və resurs bazalarından yararlanmağı mümkün etdiyindən, həmin ixtisaslar üzrə keyfiyyətli kadr hazırlığı təmin olunacaqdır.

Azərbaycan Dillər Universiteti üzrə yeni ixtisasların siyahısı

Bakalavriatura səviyyəsi üzrə

1.Azərbaycan dili və ədəbiyyat müəllimliyi (ingilis dili üzrə)

2.Təhsildə sosial-psixoloji xidmət

3.Xarici dil müəllimliyi (Rus dili üzrə)

4.Filologiya (Rus dili və ədəbiyyatı)

5.Regionşünaslıq (Rusiya üzrə)

6.Regionşünaslıq (İndoneziya üzrə)

Magistratura səviyyəsi üzrə

1.Pedqogika nəzəriyyəsi və tarixi

2.Regionşünaslıq (Cənubi Amerika üzrə)

 

Azərbaycan Dillər Universiteti üzrə 2020/21-ci tədris ili üçün qəbul planı

 

 

BAKALAVRİATURA ÜZRƏ

1.050101 Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (ingilis dili üzrə)

2.050104 Dil və ədəbiyyat müəllimliyi (ingilis dili üzrə)

3.050104 Dil və ədəbiyyat müəllimliyi (alman dili üzrə)

4.050104 Dil və ədəbiyyat müəllimliyi (fransız dili üzrə)

5.050107 İbtidai sinif müəllimliyi*

6.050112 Məktəbəqədər təhsil*

7.050118 Təhsildə sosial-psixoloji xidmət

8.050121 Xarici dil müəllimliyi (ingilis dili)

9.050121 Xarici dil müəllimliyi (alman dili)

10.050121 Xarici dil müəllimliyi (fransız dili)

11.050121 Xarici dil müəllimliyi (rus dili)

12.050201 Beynəlxalq münasibətlər

13.050205 Filologiya (ingilis dili və ədəbiyyatı)

14.050205 Filologiya (alman dili və ədəbiyyatı)

15.050205 Filologiya (fransız dili və ədəbiyyatı)

16.050205 Filologiya (Azərbaycan dili və ədəbiyyatı)

17.050205 Filologiya (rus dili və ədəbiyyatı)

18.050208 Jurnalistika*

19.050212 Regionşünaslıq (Böyük Britaniya üzrə)

20.050212 Regionşünaslıq (Almaniya üzrə)

21.050212 Regionşünaslıq (Fransa üzrə)

22.050212 Regionşünaslıq (Amerika üzrə)

23.050212 Regionşünaslıq (Norveç üzrə)

24.050212 Regionşünaslıq (Qafqaz üzrə)

25.050212 Regionşünaslıq (İsrail və Yaxın Şərq üzrə)

26.050212 Regionşünaslıq (Yaponiya üzrə)

27.050212 Regionşünaslıq (ərəb ölkələri üzrə)

28.050212 Regionşünaslıq (Çin üzrə)

29.050212 Regionşünaslıq (Cənubi Amerika üzrə)

30.050212 Regionşünaslıq (Mərkəzi və Şərqi Avropa üzrə)

31.050212 Regionşünaslıq (Rusiya üzrə)

32.050212 Regionşünaslıq (Türkiyə üzrə)

33.050212 Regionşünaslıq (Balkan ölkələri üzrə)

34.050212 Regionşünaslıq (Afrika üzrə)

35.050212 Regionşünaslıq (İndoneziya üzrə)

36.050215 Tərcümə (Azərbaycan dili- ingilis dili)

37.050215 Tərcümə (rus dili-ingilis dili)

38.050215 Tərcümə (Azərbaycan dili-ispan dili)

39.050215 Tərcümə (rus dili-ispan dili)

40.050215 Tərcümə (Azərbaycan dili-alman dili)

41.050215 Tərcümə (rus dili-alman dili)

42.050215 Tərcümə (Azərbaycan dili-fransız dili)

43.050215 Tərcümə (rus dili-fransız dili)

44.050215 Tərcümə (Azərbaycan dili italyan dili)

45.050215 Tərcümə (Azərbaycan dili-Koreya dili)

 

*Tədris ingilis dilindədir.

 

 

MAGİSTRATURA ÜZRƏ

1.060101 Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası

2.060102 Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə)

İngilis dili və ədəbiyyatının tədrisi və metodologiyası

Alman dili və ədəbiyyatının tədrisi və metodologiyası

Fransız dilinin tədrisi metodikası və metodologiyası

3.060103 Xarici dil müəllimliyi (dillər üzrə)

İngilis dilinin tədrisi metodikası və metodologiyası

Alman dilinin tədrisi metodikası və metodologiyası

Fransız dilinin tədrisi metodikası və metodologiyası

4.060119 Pedaqogika

Pedaqogika nəzəriyyəsi və tarixi

Sosial pedaqogika

Təhsildə qiymətləndirmə və monitorinq

5.060201 Filologiya

Ədəbiyyatşünaslıq (ingilis ədəbiyyatı)

Ədəbiyyatşünaslıq (alman ədəbiyyatı)

Ədəbiyyatşünaslıq (fransız ədəbiyyatı)

Ədəbiyyatşünaslıq (ispan ədəbiyyatı)

Azərbaycan ədəbiyyatı

Azərbaycan dili

Dilşünaslıq (ingilis dili üzrə)

Dilşünaslıq (alman dili üzrə)

Dilşünaslıq (fransız dili üzrə)

Dilşünaslıq (ümumi dilçilik)

Dilşünaslıq (müqayisəli dilçilik)

6.060203 Tərcümə (dillər üzrə)

Tərcümə (ingilis dili üzrə)

Tərcümə (alman dili üzrə)

Tərcümə (fransız dili üzrə)

Tərcümə (ispan dili üzrə)

Tərcümə (Koreya dili üzrə)

Tərcümə (italyan dili üzrə)

Sinxron tərcümə (ingilis dili üzrə)

7.060204 Jurnalistika

Beynəlxalq jurnalistika*

8.060211 Regionşünaslıq

Regionşünaslıq (İsrail və Yaxın Şərq üzrə)

Regionşünaslıq (Skandinaviya üzrə)

Regionşünaslıq (Mərkəzi və Şərqi Avropa üzrə)

Regionşünaslıq (Qafqaz  üzrə)

Regionşünaslıq (Cənubi Amerika üzrə)

Ölkəşünaslıq (Böyük Britaniya üzrə)

Ölkəşünaslıq (ABŞ üzrə)

Ölkəşünaslıq (İndoneziyaşünaslıq)

9.060213 Beynəlxalq münasibətlər

Beynəlxalq münasibətlər və diplomatiya

Beynəlxalq münasibətlər tarixi və nəzəriyyəsi

Dünya siyasəti

 

*Bu ixtisaslarda tədris ingilis dilindədir.