XƏBƏRLƏR

Pandemiya dövründə universitet kitabxanalarının fəaliyyəti

03 may, 2020

Pandemiya  dövründə Azərbaycanda universitet kitabxanalarının fəaliyyətinə həsr olunan onlayn vebinar keçirilib. Vebinarda 28 universitetin kitabxana rəhbərlərinin iştirakı ilə pandemiya dövründə kitabxana resursları ilə onlayn xidmətlərin təşkili məsələləri, tərəfdaşlıq, elektron resursların mübadiləsi, mövcud vəziyyətdə imkanlar və prespektivlər kimi mövzular  dinlənilib.

Pandemiya dünyada kitabxanaları xarici problemlərə adekvat cavab verməyə, istifadəçilərlə işlərini vaxtında və tez bir zamanda yenidən qurmağa, bununla da yerlərini möhkəmləndirməyə və müasir cəmiyyətdəki əhəmiyyətinin bir daha təsdiqləməyə hazır olduğumuzu nümayiş etdiririk.

Dünya Səhiyyə Təşkilatı pandemiya elan etdikdən sonra dünyanın tanış həyatı, dövlət qurumları və məkanları, o cümlədən kitabxanalar da istifadəçilər üçün qapalı olsa da kitabxanaçılar oxucular ilə əlaqə saxlamaq üçün hər cür səy göstərir.

Universitetdə rəsmi tədris dayandırıldıqdan sonra, məsafədən təhsil prosesinə bağlanan elektron kitabxana da öz növbəsində yüzlərlə kitab, akademik jurnallar və tam mətnli nəşrlər təqdim edir.

Distant təhsil prosesində ADU-nun  DSpase rəqəmsal arxivi e-kitab, e-jurnal, dərsliklər, konferans materialları, tədqiqat məlumat bazalarına, dünya elektron kitabxanalarına istənilən məkandan, günün istənilən zamanında 24/7 rejimində adu.edu.az.kitabxana səhifəsindən axtarıla bilər.

Rəqəmsal Kitabxana kolleksiyası ilə tələbələrə, müəllim və tədqiqatçılara dəstək olmağa çalışaraq "İnternetdəki məlumat  lövhələrindən və məlumat çirkliliyindən çıxmaqla" istifadəçilərimizi aktual və elmi məlumatların olduğu rəqəmsal platformalara yönəltmək üçün səy göstərilir.

Sosial təcrid olunma müddətində məlumat əldə etmə prosesindəki dəyişikliyə universitetdə təhsil və təlimin fəaliyyətinə əlavə təsir edən kitabxananın bu müddətdə rəqəmsal resurslarını inkşaf etdirərək istifadəçi qruplarına səmərəli şəkildə təmin etmək imkanlarını daha da inkişaf etdirməyə çalışırıq.

İstifadəçilərimizə rəqəmsal resurslardan istifadə etməyə, elektron bacarıqlara yiyələnməyə və bu bacarıqların inkşaf etdirilməsinin həvəsləndirilmsəi üçün təlim və seminarları və istiqamətdə tədbirlərimizi il boyu təşkil etdiyimiz kimi indiki zamanda da işlərimizi davam etdiririk.