XƏBƏRLƏR

Pedaqoji təcrübə çərçivəsində “Çin Xalq Respublikasını tanıyaq” adlı viktorina keçirilib

05 mart, 2018

Martın 2-də Azərbaycan Dillər Universitetinin (ADU) Gəncə şəhərində yerləşən Kəlbəcər 1saylı köçkün məktəbində təcrübə keçən tələbələri pedaqoji təcrübə rəhbəri Anar Rəhimovun təşkilatçılığı ilə “Çin Xalq Respublikasını tanıyaq” mövzusunda viktorina təşkil ediblər. Viktorina məktəbin yuxarı sinif şagirdləri arasında keçirilib.

Çinin mədəniyyəti, tarixi, coğrafiyasına həsr edilmiş viktorinanı giriş sözü ilə açan A.Rəhimov tədbirin ADU rektoru akademik Kamal Abdullanın tövsiyəsi ilə baş tutduğunu bildirib. Qeyd edib ki, qədim tarixə malik olan ölkə haqqında dərin biliklərə yiyələnməyin əhəmiyyəti olduqca böyükdür.

ADU-nun pedaqoji təcrübə keçən tələbələri Roza Məmmədova və Şəbnəm Abbasbəyli Çin tarixi haqqında təqdimatlarla çıxış ediblər. Müasir Çinin dövlət quruluşu, incəsənəti, təhsil sistemi və s. barədə məlumat verildikdən sonra viktorina öz işinə başlayıb.

On dörd suallı viktorinanın qalibi “İstiqlal” komandası olub.

Qaliblərə ADU rəhbərliyi tərəfindən hədiyyələr təqdim edilib.