XƏBƏRLƏR

Erasmus+ proqramı çərçivəsində dərslər keçirilib

28 oktyabr, 2019

Erasmus+ proqramı çərçivəsində 21-25 oktyabr 2019-cu il tarixlərində Azərbaycan Dillər Universitetində olan Slovakiyanın Banska Bystrica Matej Bel Universitetinin fransız dili müəllimi Fransua Şmit və Fransız dilinin leksikologiyası kafedrasının müəllimləri Rəfiqə Mürşüdova, Rafiq Mikayılov və Xatirə Qarazadənin iştirakı ilə qarşılıqlı dərslər keçirilib. Fransua Şmit həmin günlərdə Frankofoniya, Fransız dili və mədəniyyəti mərkəzinin təşkil etdiyi danışıq saatlarında da iştirak edib. Dərslərdə Fransa və Azərbaycan mədəniyyətinin müqayisəli təhlili istiqamətində müxtəlif tapşırıqlar edilib və tələbələrin sualları cavablandırılıb. Dərslər tələbələrin böyük marağına səbəb olub.