XƏBƏRLƏR

“Repetition in Discourse” kitabının təqdimat mərasimi keçirilib  

23 oktyabr, 2019

Azərbaycan Dillər Universitetində professor Azad Məmmədov, dosentlər Misgər Məmmədov və Cəmilə Rəsulovanın “Repetition in Discourse” adlı kitabının təqdimat mərasimi keçirilib.

Tədbirin təşkilatçısı Filologiya fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasıdır.

Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri dosent Aytən Hacıyeva kitabın əhəmiyyətindən danışıb.

Daha sonra müəlliflər Azad Məmmədov və Misgər Məmmədov çıxış edərək bildiriblər ki, kitabda təkrarlar və onların növləri, eləcə də diskursiv xüsusiyyətləri müxtəlif aspektlərdən təhlil və analiz edilib. Burada diskursun müxtəlif növləri və janrlarda fonetik, morfoloji, leksik və sintaktik təkrarların səciyyəvi xüsusiyyətləri açıqlanır və zəngin nümunələr əsasında təhlil edilir.

Kitab zəngin üslubi ifadə vasitəsi olan təkrarların tədqiqində, onların mətn və diskursda olan roluna müasir koqnitiv dilçilik baxımından yeni bir yanaşmadır.

Tədbirdə daha sonra məruzəçilərin çıxışları dinlənilib.