Azər Nəzərovla görüş keçirilib
23 oktyabr, 2019
Azərbaycan Dillər Universitetinin (ADU) Virtual jurnalistika kafedrasının müəllimi Cavid Neymətzadənin təşəbbüsü ilə jurnalist, PR və media mütəxəssisi, PreMark şirkətinin rəhbəri Azər Nəzərovun Jurnalistika ixtisasında təhsil alan 440-cı qrup tələbələri ilə görüşü keçirilib.
KİV-də menecment və reklam fənni çərçivəsində keçirilən görüşdə Azər Nəzərov tələbələrə İnformasiyanın əldə edilməsi və satılmasından, media qurumlarının, şirkət və təşkilatların PR sahəsinin qurulmasından, idarə olunmasından və xəbərdə reklamın yerləşdirilməsindən danışıb, həmçinin bu sahədə öz təcrübəsini bölüşüb.
Görüş qarşılıqlı müzakirə əsasında baş tutub və Azər Nəzərov tələbələrin suallarına ətraflı cavab verib.