XƏBƏRLƏR

“Müstəqilliyimiz əbədidir” - dəyirmi masa

21 oktyabr, 2019

Filologiya fakültəsinin nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimləri Raya Həsənova və Könül Fərəcbəyli, müəllimləri İlhamə İsgəndərova və Təhminə Əliyeva 18.10.2019-cu il tarixində “Müstəqilliyimiz əbədidir”  mövzusunda dəyirmi masa təşkil etmişdilər. Kafedranın müdiri dos. Əmralı Şirəliyev çıxış edərək qeyd etmişdir ki, 1991-ci il 18 oktyabrda Respublikamızın Qanunvericilik orqanı Parlament Azərbaycan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etdi. Lakin bu nailiyyət çox çətin mübarizələr, uzun sürən gərgin müzakirələrdən sonra həyata keçdi.

Kafedranın müəllimi İlhamə İsgəndərova Azərbaycan dövlətinin 5000 illik şərəfli tarixindən, Şirvanşahlar, Eldəgizlər, Ağqoyunlular, Qaraqoyunlular və  Səfəvilər dövlətinin mövcudluğundan söhbət açmışdır. Daha sonra tədbiri kafedranın baş müəllimi Könül Fərəcbəyli davam etdirmişdir. O, qeyd etmişdir ki, tarix illərlə  bizə müstəqillik illərinin qorunması onu qazanmasından daha çətin olduğunu sübut etmişdir. Daha sonra tələbələr 1918-ci ildə bütün islam dünyasında ilk demokratik respublika qurucularından, onların fəaliyyətlərindən söhbət açmışlar.

Yekun olaraq tələbələr  müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyev haqqında prezentasiyalar təqdim etmişdirlər.  IV kurs tələbəsinin “Azad Azərbaycan” şeiri tədbiri daha rəngarəng etmişdir.