XƏBƏRLƏR

Türkiyəli professor ADU-nun rektoruna təşəkkür məktubu ünvanlayıb

21 oktyabr, 2019

Türkiyəli professor Saim Sakaoğlu Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdullaya təşəkkür məktubu ünvanlayıb. Məktubda deyilir:

“Dəyərli qardaşım və məsləkdaşım, rektor Kamal Abdulla!

Gözəl Azərbaycanımızda sevgili qardaşım professor Ahmet Bican Ercilasun ilə 11-13 oktyabr tarixlərində  olduq və orada keçirilən gözəl anları həmişə xatırlayacağam. Bu gözəlliklərin yaşanmasında sizin də əməyiniz danılmazdır. Çox təşəkkür edirəm.

Görüşümüz qısa olsa da, dərin izlər buraxacağından heç bir şübhəm yoxdur. Eynilə 1988-ci ildə yaşadığımız təəssüratlar kimi. Gələcəkdə təkrar görüşmək arzusundayam.

Sizə salam və sevgilərlə”.