XƏBƏRLƏR

Raqif Raufoğlu ilə görüş keçirilib

16 oktyabr, 2019

Virtual jurnalistika kafedrasının müdiri Nərgiz Qurbanlının təşəbbüsü və Virtual jurnalistika kafedrasının müəllimi, Avto FM 107.7 Fm radiosunun direktoru Cavid Neymətzadənin dəvəti ilə Azad Azərbaycan (106.3 FM) radiosunun aparıcısı, şair, yazıçı Raqif Raufoğlu ilə jurnalistika ixtisasında təhsil alan I və III kurs tələbələrinin görüşü keçirilib.

Görüşdə Rafiq Raufoğlu peşəkar radio aparıcısı olmağın yollarından söhbət açıb. Tələbələrə “Siz radio aparıcısı olsaydınız hansı formatda veriliş hazırlayardınız ? ” deyə müraciət edib. Müzakirə bu kimi suallar ətrafında qurulub. Tələbələrin fikir və təklifləri ətrafında görüş davam edib. Sonda Raqif Raufoğlu  tələbələrlə xatirə şəkli çəkdirib.