XƏBƏRLƏR

“Futbolumuz və jurnalistikamız” mövzusunda müzakirə

16 oktyabr, 2019

Azərbaycan Dillər Universitetində Virtual jurnalistika kafedrasının müdiri Nərgiz Qurbanlının təşəbbüsü və kafedranın müəllimi Sənan Şəfizadənin dəvəti iləQarabağ” futbol komandasının kapitanı Rəşad Sadıqovla  jurnalistika ixtisasında təhsil alan tələbələrin görüşü keçirilib. Görüş “Futbolumuz və jurnalistikamız” mövzusuna həsr olunub.

Tədbiri giriş sözü ilə açan akademik Muxtar İmanov “Qarabağ” futbol klubunun yaranması tarixindən, qazandığı uğurlardan və komandanın kapitanı Rəşad Sadıqovun komandadakı fəaliyyətindən danışıb. Rəşad Sadıqov komanda haqqında ətraflı məlumat verib, futbolçu və jurnalist münasibətlərindən bəhs edib. Görüş tələbələrin sualları ətrafında davam edib. Sonda isə ən yaxşı sual verən tələbəyə Rəşad Sadıqovun imzası ilə futbolçu forması təqdim olunub.