XƏBƏRLƏR

Dillər Universitetində qədim “Chuanyan” Çin bayramı qeyd olunub

16 oktyabr, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Chuanyan” – “Əkiz doqquzlar” ənənəvi Çin bayramına həsr olunan tədbir keçirilib. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bayramın fəlsəfi məzmunumüdrik Fey Çanfanla bağlı bayramın mənşəyinin əfsanəsi haqqında danışıbTədbirdə çıxış edən Konfutsi İnstitutunun əməkdaşları və ADU-nun tələbələri bayramın əcdadların ehtiramıadət-ənənələri, bayramın kulinariya simvolu olan beşqatlı tort – “chunyang gao”nun hazırlanması haqqında məlumat veriblər. Tədbirdə XX əsr dövlət, siyasi və partiya xadimi, müasir  ÇXR-nın qurucusu Mao Tszedunun və qədim Çin şairləri Tao Yuanminin bayrama həsr etdiyi və Van Veyin bayramın simvollarından biri olan xrizantemlərə həsr olunmuş şeirləri səsləndirilib