“İlin ən yaxşı 5 müəllimi” maraqla qarşılanıb

ADU tələbələri Rəşid Tağıyev və Tofiq Vəliyevin təşəbbüsü əsasında təşkil olunan “İlin ən yaxşı 5 müəllimi” layihəsi maraqla qarşılanıb. Qaydalara əsasən, əvvəlcə tələbələrin və kafedraların təklifi əsasında müəllimlərin namizədliyi irəli sürülüb. Dörd gün davam edən səsvermədən sonra layihənin qalibləri müəyyən olunub.
Layihədə ümumilikdə 24 müəllim iştirak edib. Qaliblər ADU tələbələri arasında keçirilmiş sorğu və sosial şəbəkədə aktiv iştirak əsasında müəyyən olunub. Qalib olan namizədləri təqdim edirik:
Naibə Camalzadə - Filologiya fakültəsi nəzdində Xarici dillər kafedrası, alman dili müəllimi
Aysel Səfərzadə - Təlimdə innovasiyalar kafedrası
Vidadi Bəşirov - Pedaqogika kafedrası
Mətanət Həsənova - Təhsil 2 fakültəsi, Psixologiya kafedrası
Ofelya Babayeva- Azərbaycan dilçiliyi kafedrası